Slimfit
  1. CƏMİYYƏT

Qayda pozan sürücülərlə bağlı araşdırma başlayıb - RƏSMİ

Qayda pozan sürücülərlə bağlı araşdırma başlayıb - RƏSMİ
Sakura

Qayda pozan sürücülərlə bağlı araşdırma başlayıb - RƏSMİ

Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində sürücülərin yol hərəkəti qaydalarını pozması ilə bağlı araşdırma başlanılıb.

Bunu Oxu.Az-a açıqlamasında Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Mehdiabad qəsəbəsində “avtoşluq” etmiş sürücülərin təhlükəli vəziyyət yaratması ilə bağlı yayılan görüntülərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, BDYPİ əməkdaşları tərəfindən yayılan videogörüntülərdəki avtomobillərdən birinin sürücüsü artıq müəyyənləşdirilib:

“Görüntülərdə əks olunan 99 LL 058 dövlət nömrə nişanlı avtomobilin sürücüsü müəyyən olunub. Videoda eşidilən səsin hansı avtomobilə aid olması isə hələ dəqiqləşdirilməyib. Bunun üçün digər avtomobilin sürücüsünün müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir”.

Xatırladaq ki, videogörüntülərdə sürücüsü hələlik müəyyən olunmayan avtomobilin “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikasının Qanununun 1.1 üfüqi nişanlanma xəttinin tələblərini pozduğu və sükan arxasında mobil telefondan istifadə edərək çəkiliş apardığı görünür.

Könül Cəfərli 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR