Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Qaxda gənc müəllimlər üçün “Təhsil, innovasiya və gənclik” layihəsi icra olunub

Qaxda gənc müəllimlər üçün “Təhsil, innovasiya və gənclik” layihəsi icra olunub
Sakura

Qaxda gənc müəllimlər üçün “Təhsil, innovasiya və gənclik” layihəsi icra olunub

Qaxda Təhsil Nazirliyi tərəfindən keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi”nin qalibi olmuş “Təhsil, innovasiya və gənclik” layihəsinə yekun vurulub. Üç ay davam edən layihənin məqsədi rayonun ümumtəhsil müəssisələrində çalışan gənc müəllimlərin potensialını üzə çıxarmaq olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin icrasının başa çatması münasibətilə keçirilən tədbirdə çıxış edən Qax Rayon Təhsil Şöbəsinin müdiri Məmməd Xasıyev “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi”nin keçirilməsində əsas məqsədin təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarət olduğunu bildirib. Diqqətə çatdırılıb ki, ikinci qrant müsabiqəsi çərçivəsində qalib olan 41 ümumtəhsil müəssisəsi və 125 fərdi kateqoriya üzrə seçilmiş layihələr ölkənin 50-dək şəhər və rayonunda icra olunmaqdadır. Fərdi kateqoriya üzrə seçilən layihələrdən ikisi də Qax rayonunda həyata keçirilib. Layihələr müasir tələblər baxımından məktəbdaxili rəhbərlik və nəzarətin təkmilləşdirilməsi, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəb-icma (valideyn) münasibətlərinin təşəkkülü və inkişaf etdirilməsi, keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiqi, istedadlı uşaqlarla işin təşkili və ümumilikdə, 9 mövzu üzrə müxtəlif fəaliyyətləri özündə əks etdirir.

Sonra layihə rəhbəri, Qax rayonu İlisu kənd tam orta məktəbin kimya müəllimi Günay Mahmudova layihə çərçivəsində görülən işlər barədə məlumat verib. Bildirib ki, üç ay davam edən “Təhsil, innovasiya və gənclik” layihəsinin mövzusu pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi ilə bağlı olub. Layihənin seçim turunda iştirak edən gənc müəllimlərin yaradıcılıq xüsusiyyətlərini təyin etmək, əməkdaşlıq imkanlarının artırılması üçün səmimi və rahat öyrənmə mühitini təşkil etmək məqsədilə müxtəlif görüşlər, seminarlar, “dəyirmi masa”lar keçirilib. Layihənin icra planında nəzərdə tutulan tədbirlərə uyğun olaraq, iştirakçılar üçün müxtəlif mövzularda təlimlər keçirilib, gəzinti turları, həmçinin İlisu kəndindəki “Uludağ” istirahət mərkəzində yay düşərgəsi təşkil olunub.

Günay Mahmudova qeyd edib ki, layihənin icrasının davamı olaraq, yeni dərs ilində rayon təhsil şöbəsinin nəzdində fəaliyyət göstərən “Yaradıcı müəllimlər birliyi”nin fəaliyyəti canlandırılacaq, səmərəli əməkdaşlıq və müzakirələrin aparılması üçün şərait yaradılacaq.

Tədbirin sonunda layihənin bir qrup iştirakçısına və fəal əməkdaşlıq etmiş məktəb direktorlarına sertifikatlar verilib, layihənin gedişini əks etdirən videoçarx nümayiş olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR