Dərc edildi: Baxış sayı: 294
"Qatarlar müasir tələblərə cavab verən elektronika ilə təchiz olunub"
Bu ilin iyul ayından Bakıya yeni metro vaqonlarının gətirilməsinə başlanılacaq.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Metbuat.az-a açıqlamasında deyib. O bildirib ki, istismar müddətini tamamlamış qatarlar xəttdən çıxarılacaq və yeniləri ilə əvəz olunacaq.
Qurum rəsmisi qeyd edib ki, il ərzində ümumillikdə 6 qatar və 30 vaqon ölkəyə gətiriləcək. Qatarlar müasir tələblərə cavab verən elektronika ilə təchiz olunub.
B.Məmmədov əlavə edib ki, yeni vaqonlar əlil arabaları üçün xüsusi yerlərlə təchiz olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət