Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qatarda Covid-19 virusuna yoluxma ehtimalı nə qədərdir

Qatarda Covid-19 virusuna yoluxma ehtimalı nə qədərdir
Sakura

Sərnişinlər eniş və dayanma zamanı bir-biri ilə daha çox təmasda olurlar.

Ens.az bildirir ki, Böyük Britaniyadan olan alimlər, Çindəki yüksək sürətli şəhərlərarası qatarlarda sərnişinlər arasında xəstəliyə yoluxma tezliyini təhlil edərək müəyyən ediblər ki, yoluxmuş sərnişinlə eyni sırada oturduqda xəstəliyin yoluxma ehtimalı 10 dəfə artır.

Çin səhiyyə orqanlarının məlumatlarını və dekabr ayının ortalarından fevral ayının sonunadək G sinifli sürətli qatarların hərəkət cədvəlindən istifadə edərək, alimlər 2334 " indeksli xəstələr " - səyahətdən sonrakı 14 gün ərzində koronavirus simptomları ortaya çıxmış xəstələrin sayını müəyyənləşdiriblər. Eyni zamanda, tədqiqatçılar bu insanların arasında yaxın üç cərgədə oturan 72 093 nəfərdən çox sərnişini də müəyyən edə bildilər.

Tədqiqata əsasən, "indeks xəstələri" nin yanında oturan 72.093 sərnişinin 234-ündə, COVID-19-a görə aparılmış testin nəticələri müsbət çıxdı. Beləliklə, tədqiqat müəlliflərinin dediyi kimi, infeks səviyyəsi və ya "hücum əmsalı " 0,32% təşkil edir. "İndeksli xəstələri" ilə yanaşı oturacaqlarda oturan insanlar 3,5% daha çox yoluxublar. Yoluxmuşlarla eyni sırada oturan sərnişinlərin koronavirus "hücumlarına" məruz qalma tezliyi 1,5% , onların önündə və arxasında oturanlarla müqayisədə 10 dəfə çox olub. Belə ki, xəstəliyə yoluxma göstəriciləri arasında praktik olaraq yoluxanlarla eyni sırada oturanlarla, iki yaxın cərgədə oturanlar arasında heç bir fərq yoxdur. Hər iki qrup, "indeksli xəstələr"dən 3 cərgə aralı oturanlara nisbətən xəstəliyə daha tez yoluxublar. 

Tədqiqatçılar eyni sıradakı sərnişinlərin infeksiyaya daha çox meylli olmaları ilə bağlı bir neçə nəzəriyyə irəli sürdülər. Nəzəriyyəyə görə, oturacaq başlıqlarının xəstəliyin qarşısının alınmasında müsbət effekti var. Bundan əlavə, eyni sıradakı sərnişinlər eniş və dayanma zamanı bir-biri ilə daha çox təmasda olurlar. Tədqiqatçılar eyni zamanda öyrəndilər ki, ailələr və tanışlar yan-yana oturmağa, daha çox danışmağa və bir-biri ilə ünsiyyət qurmağa meyllidirlər.

Oturacaqların yerinin infeksiyanın tezliyinə təsir etmədiyi, yəni pəncərənin önündə, orta sırada və ya girişə yaxın yerdə oturan sərnişinlərin hamısının eyni tezliklə xəstəliyə yoluxduqları məlum oldu. Tədqiqat eyni zamanda səthlər vasitəsi ilə xəstəliyin yoluxma ehtimalını təsdiqləmədi - alimlər 1342 yoluxma hadisəsindən yalnız bir nəfərdə "indeksli xəstələr" in oturacağında oturduqdan sonra Covid-19- a görə aparılmış testin nəticəsinin müsbət çıxdığını müəyyən etdilər. Lakin səfərin müddəti ciddi bir amil idi - yolda sərf olunan hər saatda infeksion "hücumların" tezliyi 0,15% artdı.

Qeyd edək ki, bu məlumatlar olduqca nisbidir, çünki tədqiqatçılar "indeksli xəstələr " ilə təmasda olduqdan sonra 234 sərnişinin hamısının qatarda yoluxduğunu dair yüz faiz dolğun məlumatlar yoxdur. Bundan əlavə, araşdırmalar zamanı sərnişinlərin kiminləsə oturacaqlarını dəyişdirməsi hallarını nəzərə alınmayıb. Bununla belə, tədqiqatçılar hesab edirlər ki, pandemiya zamanı sosial məsafənin qorunması və profilaktik tədbirlərin həyata keçirilməsi vacib şərtlərdən biridir. 

“Xəstəlik ocaqlarının aktivləşməsi zamanı ictimai yerlərdə və digər məhdud məkanlarda, o cümlədən oturacaqlar arasındakı məsafəni artırma kimi tədbirlərin həyata keçirilməsi , yoluxma riskini azalda bilər. Eyni sırada oturan sərnişinlər ən azı 2 oturacaqla ayrılmalı, səyahət müddəti 3 saatdan çox olmamalıdır ”deyə tədqiqat müəllifləri yazırlar.

Mənbə: med2.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR