Slimfit
  1. İQTİSADİYYAT

“Qatar Airways” “Boeing 737 Max”ların uçuşunun dayandırılması ilə bağlı təzminat istəyəcək

“Qatar Airways” “Boeing 737 Max”ların uçuşunun dayandırılması ilə bağlı təzminat istəyəcək
Sakura

“Qatar Airways” “Boeing 737 Max”ların uçuşunun dayandırılması ilə bağlı təzminat istəyəcək

“Qatar Airways” şirkəti majoritar səhmdarı olduğu “Air İtaly” şirkətinə məxsus 3 ədəd “Boeing 737 Max” təyyarəsinin uçuşlardan kənarlaşdırılması ilə bağlı yaranan maliyyə zərərinin ödənilməsi üçün “Boeing” şirkətindən təzminat istəmək niyyətindədir.

Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Qətər şirkətinin rəhbəri Əkbər əl Bəkir bildirib.

“Biz “Qatar Airways” olaraq “Max” təyyarələri işlətmirik, çünki bu məsələ “Air İtaly”dəki sərmayələrimizə təsir edib. “Air İtaly”nin üç ədəd “Max” təyyarəsinin uçuşlarının dayandırılması bizə toxunub. Beləliklə, “Boeing” uçuşların dayandırılması ilə bağlı bizə təzminat ödəməlidir”, – şirkət rəhbəri deyib.

O, hansı məbləğdən söhbət getdiyini söyləməyib.

Ümumiyyətlə, 2017-ci ildə “Qatar Airways” “Alitaliya”dan sonra İtaliyanın ikinci böyük hava nəqliyyatı şirkəti olan “Air İtaly”ya məxsus səhmlərin 49 faizini satın almışdı.

Ötən ilin oktyabr ayında və bu il mart ayında baş verən və 350-dək insanın ölümünə səbəb olan qəzalardan sonra “Boeing 737 Max” təyyarələri bütün dünyada uçuşlardan kənarlaşdırmağa, bu tipli təyyarələrin satın alınması ilə bağlı milyonlarla dollar məbləğində müqavilələrə xitam verilməyə başlanılmışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR