Slimfit
  1. DÜNYA

Qasım Süleymani necə öldürülüb? -“The Washington Post” təfərrüatları açıqladı

Qasım Süleymani necə öldürülüb? -“The Washington Post” təfərrüatları açıqladı
Sakura

Qasım Süleymani necə öldürülüb? -“The Washington Post” təfərrüatları açıqladı

ABŞ-ın nüfuzlu “The Washington Post” qəzeti İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymaninin öldürülməsilə bağlı təfərrüatları yazıb. 

Yenisabah.az xəbər verir ki, nəşr iranlı generalın ölümündə ABŞ dövlət katibi Mayk Pompeonun xüsusi rolu olduğunu iddia edib.

Mənbə bildirib ki, ABŞ Prezidenti Donald Tramp və Pantaqon Qasim Süleymani ilə bağlı əməliyyata qarşı olublar. Onların dirənişi uzun müddət davam edib.

Lakin İraqın Kərkük şəhərində ABŞ hərbi bazasının raket atəşinə tutulması Tramp və Pentaqonun mövqeyinin dəyişməsinə səıbəb olub. Hərbi baza dekbarın 27-də atəşə tutulub. Dekabrın 29-da Mayk Pompeo, Müdafiə naziri Mark Esper və Baş Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri Mark Milli Donald Trampın Florida ştatındakı iqamətgahına gediblər. Onlar Prezidentə cavab zərbəsi ilə bağlı fərqli variantlar təklif ediblər.

Müzakirələrin sonunda Mayk Pompeo və Mark Esperin israrı nəticəsində Donald Tramp Qasim Süleymani ilə bağlı əməliyyata razılıq verib.

“The Washington Post” Ağ Evdəki mənbələrə istnadən yazır ki,  keçmiş Müdafiə naziri Cim Mettis heç zaman belə bir əməliyyata razı olmazdı.

Nəşr əlavə edir ki, əməliyyatdan sonra Mayk Pompeo Avropadakı müttəfiqlərdən dəstək istəsə də, mənfi cavab alıb. Avropa liderləri hesab edir ki, Qasim Süleymani ilə bağlı əməliyyat İranın nüvə proqramının sülh yolu ilə həllinə mane ola bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR