Slimfit
  1. ƏDƏBİYYAT

Qasım bəy Zakir - Öpüm

Qasım bəy Zakir - Öpüm
Sakura

Qasım bəy Zakir - Öpüm

Əsib badi-seba, gül pirəhənin 
Çak edəndə, bəyaz sinəndən öpüm. 
“Səlli əla” deyim, sürtüm üzümü, 
Kəbə qəndili tək meməndən öpüm.

Gəzib-gəzib gəlib oturub gendə,
Kin, küdurət ortalıqdan gedəndə, 
Təkəllüme gəlib söhbət edəndə 
“Bəri bax, bəri bax” deməndən öpüm.

İşim yoxdur sultan ilə, xan ile, 
Yolunda qoymuşam başı can ilə: 
Oturub bir neçə növcavan ilə 
Şirin-şirin içib-yeməndən öpüm.

Müddətdi həsrətəm, eyləmə haşa,
Ay qabağa, xumar gözə, yay qaşa, 
Dumb pərvanə tək dolanıb başa, 
Siyah zülfün tutum, çənəndən öpüm.

Kəsilib könlümün səbrü qəran,
Al canımı qurtar barı, sən tan. 
Öldürən zamandä Zakiri-zan,
Əl saxla bir, qanlı qəməndən öpüm.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR