Slimfit
  1. ƏDƏBİYYAT

Qasım bəy Zakir - Gərək

Qasım bəy Zakir - Gərək
Sakura

Qasım bəy Zakir - Gərək

Həqdi, gözəl çoxdu cahan içində,
Gözəldə bir neçə nişanə gərək.
Əvvəl, aşiqinə mehriban ola,
Ondan qeyrilərə biganə gərək.

Gözəlin büllur tək gərək bədəni,
Eyləyə özünə heyran görəni,
Yarlı-yaraşıqlı boyu. gərdəni,
Nə uzun, nə gödək, miyanə gərək.

Ənbər xəcil ola zülfü buyindən,
Qəmər rüxsarından, şəms ruyindən;
Canlar təzələnə göftüguyindən.
Sözünün hər biri dürdanə gərək.

Mərifətdə kamil, sinndə uşaq,
Qədirbilən, özü doğru, sözü saq.
Quzu quyruğu tək nazikü yumşaq.
Lərzə verə cismi hər yanə gərək.

Zakir, nə yamandır halı dünyanın,
Əskik olmaz qalmaqalı dünyanın,
Dərdü sərdi mülkli malı dünyanın,
Can üçün bir belə cananə gərək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR