Dərc edildi: Baxış sayı: 760
Qasım bəy Zakir - Ayrı
Bəhri-bəlayə ğərq oldum,
Dişi dürdanədən ayrı.
Yanmaqda məni bilməyin
Oda pərvanədən ayrı.
Saqi, məni-namuradə
Dərdi-sər vermə ziyadə.
Hərgiz içərəmmi badə
Çeşmi məstanədən ayrı?
Xəbər alsan mürğ-canı,
Tari-mudur aşiyanı:
Bir-bir zülfü pərişanı
Dolanır şanədən ayrı.
Sevdiyim məni dağ eylər,
Qeyr ilə ittifaq eylər,
Hər zaman seyri-bağ eylər
Məni-divanədən ayrı.
Öləndə Zakiri-xəstə
Növcavanlar dəstə-dəstə
Gəlməsin qəbrimin üstə,
Deyin, cananədən ayrı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət