Slimfit
  1. MEDİA

Qarşılıqlı əlaqələrin gücləndirilməsi dövlətimizin möhkəmləndirilməsinə xidmət edir

Qarşılıqlı əlaqələrin gücləndirilməsi dövlətimizin möhkəmləndirilməsinə xidmət edir
Sakura

Qarşılıqlı əlaqələrin gücləndirilməsi dövlətimizin möhkəmləndirilməsinə xidmət edir

Qarşılıqlı əlaqələrin gücləndirilməsi dövlətimizin möhkəmləndirilməsinə xidmət edir

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Zəfərlə başa vurduğu Vətən müharibəsinin nəticələri bütün türk dünyası, eləcə də tərəfdaş lkələr üçün böyük əhəmiyyət kəsb edir. Həm də bu, sadəcə olaraq dostlarımızın bizimlə sevincimizi paylaşmaları anlamında deyil. Məsələ bundadır ki, Azərbaycan bu gün Orta Asiya məkanını Avropa ilə birləşdirə biləcək ən əlverişli logistik mərkəzdir. Qardaş dövlətlərin birgə fəaliyyəti çərçivəsində görülən işlərin hər biri mühüm siyasi hadisədir. Zəngilanda rəsmi mərasimlərin, təməlqoymaların  keçirilməsi tarixi hadisələrdir. Bu tarix birlikdə yazılır. Necə ki, bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik. Bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib.

 Həm Türkiyə, həm də Rusiya müharibədən sonra regionda yeni konfiqurasiyanın iştirakçılarıdır. Hazırkı vəziyyətə nəzarət edən Türkiyə-Rusiya Monitorinq Mərkəzi Ağdamda yerləşir. Belə bir format tarixdə ilk dəfə mümkün olmuşdur. Bundan əlavə Türkiyə-Rusiya münasibətləri də nəzərə alınmalıdır. Bu gün Prezident Ərdoğan Ukraynada atəşkəsin əldə olunmasında vasitəçilik edir. Bütün bunlar regional təhlükəsizlik və sabitliyə xidmət edir.

 Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması da bizim strateji maraqlarımıza əsaslanır, çünki Rusiya bizim qonşumuzdur. Bu ölkə İkinci Qarabağ müharibəsinin sona çatdırılmasında fəal iştirak edib və onların sülhməramlı qüvvələri müvəqqəti olaraq Azərbaycanda, Qarabağdadır. Rusiya ilə üzərində uzun illər ərzində çalışdığımız çoxsaylı məsələlər var – iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və humanitar sahələrdə. Biz Rusiyadan böyük həcmdə silah və avadanlıq alırıq, ancaq həmin silahları Ermənistandan fərqli olaraq bazar qiymətinə alırdıq. Ermənistan isə onları havayı əldə edirdi. Çin ilə münasibətlər strateji əhəmiyyətə malikdir. Bu münasibətlər çox uğurla inkişaf edir. Prezident Si Cinpi Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırmışdır. Xəzər dənizi, Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Çindən karqo qəbul etməyə başlamağa hazırıq. Dəniz ticarətimizin həcmini qısa müddət ərzində 25 milyon tona qədər artıra bilərik. Lakin biz əməkdaşlığımızı yalnız tranzit və daşımalar sahəsində görmürük, daha geniş şəkildə, çox yaxşı siyasi əməkdaşlığa malik olaraq biz Çin şirkətlərini burada investorlar kimi görmək istərdik.

Prezident bildirdi ki, Sülh və əməkdaşlığa xidmət edən sahələrdən biri nəqliyyat layihələri ola bilər. Zəngəzur dəhlizi adlandırılan dəhliz Ermənistanın ərazisindən keçəcək. Azərbaycan artıq Ermənistan sərhədinə avtomagistralı və dəmir yolunu tikir və dəmir yolu bu ilin sonuna kimi hazır olacaq və avtomagistral ola bilsin sonra. Bu kontekstdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək. Ermənistan bu prosesdə iştirak etməsə, onda ondan dolayı yollarla keçəcəyik.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR