Slimfit
  1. CƏMİYYƏT

"Qarşıdan payız-qış mövsümünün gəldiyini nəzərə alaraq, vətəndaşlarımız daha da ehtiyatlı olmalıdır"

"Qarşıdan payız-qış mövsümünün gəldiyini nəzərə alaraq, vətəndaşlarımız daha da ehtiyatlı olmalıdır"
Sakura

"Qarşıdan payız-qış mövsümünün gəldiyini nəzərə alaraq, vətəndaşlarımız daha da ehtiyatlı olmalıdır"

Məlum olduğu kimi, ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasına qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər öz bəhrəsini verir. Belə ki, səmərəli maarifləndirmə, müvafiq tibbi infrastrukturun yaradılması, profilaktika və müalicə məsələlərinin keyfiyyətli şəkildə həll olunması, xüsusi karantin rejiminin tətbiqi və mərhələli qaydada məhdudlaşdırıcı və yumşaldıcı tədbirlərin həyata keçirilməsi, vətəndaşların məsuliyyəti, dövlət-vətəndaş həmrəyliyi sayəsində COVİD-19-la mübarizədə müsbət nəticələr əldə edilib.

Ens.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, görülən tədbirlərin nəticəsi müəyyən yumşalmalara əsas verib və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən ölkə üzrə xüsusi karantin rejiminin tətbiqi qaydalarında bəzi dəyişikliklər edilib:

"Belə ki, ölkəmizdə xüsusi karantin rejiminin sentyabrın 30-dək uzadılması haqqında qərar qəbul edib. Bununla belə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla digər 10 şəhər və rayonda xüsusi karantin rejimi ləğv edilib".

Onun sözlərinə görə, ümumiyyətlə, Nazirlər Kabineti yanında Operativ Qərargah məhdudlaşdırma və ya yumşaldılma ilə bağlı qərar qəbul etməzdən öncə ölkədə və ayrı-ayrı regionlarda vəziyyət ətraflı öyrənilir, təhlil olunur, bütün risklər müəyyənləşdirilir və onların qarşısının alınması üçün profilaktik tədbirlər həyata keçirilir.

Deputat onu da qeyd edib ki, qarşıdan payız-qış mövsümünün gəldiyini nəzərə alaraq, vətəndaşlarımız daha da ehtiyatlı olmalıdırlar: "Nəzərə alınmalıdır ki, payız-qış mövsümü, həmçinin digər xəstəliklərin fəallaşdığı dövrdür. COVİD-19-la birlikdə bu xəstəliklər insan orqanizimi üçün ciddi təhlükədir. Buna görə də hazırkı dövrdə ən başlıca vəzifə koronavirusun yayılmasına, yeni yoluxma nöqtələrinin yaranmasına imkan verməməkdir".

Açıqlamasında tədris müəssisələrinin fəaliyyətə başlaması ilə bağlı məqama da toxunan V.İskəndərov deyib ki, hazırkı dövrdə qarşımızda duran əsas vəzifələrdən biri həm də övladlarımızı bu problemdən qorumaq, onların təhsil prosesinə normal şəraitdə qovuşmasını təmin etməkdir. Buna görə də vətəndaşlarımız bəzi məhdudiyyətlərin saxlanmasına dözümlü yanaşmalıdırlar. Çünki dövlətimiz tərəfindən atılan hər bir addımda əsas məqsəd insanların sağlamlığının qorunmasıdır.

"Yeri gəlmişkən, koronavirus pandemiyası dövründə insanların bir yerə toplaşması yoluxma riskini artırdığına görə bir sıra mədəniyyət ocaqları, o cümlədən muzeylər və sərgi zallarının fəaliyyəti dayandırılmışdı. Hazırda isə sanitar-epidemioloji vəziyyət qənaətbəxş olduğuna görə, bu müəssisələrin fəaliyyətinin bərpa olunması qərara alınıb. Bəzi şəxslər iddia edirlər ki, muzeylərin və sərgi zallarının fəaliyyətinə icazə verilməsi aktual deyil, bundan da vacib məsələlər var. Lakin məsələyə məntiqlə yanaşdıqda, aydın görmək olar ki, pandemiya ilə əlaqədar hələlik bəzi məhdudiyyətlərin saxlanması heç də digər sahələr üzrə yumşaldıcı qərarların qəbulunu istisna etməməlidir" - deyə, deputat əlavə edib.

Onun sözlərinə görə, muzey və sərgi salonları təkcə ölkəmizə gələn turistlər üçün deyil, həm də mədəniyyət və incəsənət nümunələri, tariximiz və s. ilə tanış olmaq üçün hər bir vətəndaş, xüsusilə gənclərimiz üçün böyük əhəmiyyətə malikdir: "Muzeylərimiz və sərgi salonlarımız Azərbaycanda turizm sürətlə inkişaf etmədiyi dövrdə də fəaliyyət göstərib. Digər tərəfdən, hesab edirəm ki, təhsil müəssisələrinin fəaliyyətə başlaması muzeylərə və sərgi salonlarına gələnlərin sayının artmasına müsbət təsir göstərəcək".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR