Slimfit
  1. MARAQLI

Qarpızı soyuq yox, ilıq yemək faydalıdır! Səbəbini oxuyun

Qarpızı soyuq yox, ilıq yemək faydalıdır! Səbəbini oxuyun
Sakura

Qarpızı soyuq yox, ilıq yemək faydalıdır! Səbəbini oxuyun

Yayın sevimli deserti olan qarpız adətən soyuq yeyilir. Lakin mütəxəssislər bunu düzgün hesab etmir.

Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, diyetoloqlar kəsilməmiş qarpızı ev temperaturunda saxlamağı və yeməyi tövsiyə edir. Məsələ burasındadır ki, ev temperaturunda qarpızda yetişmə prosesləri sürətlənir və bunun nəticəsində faydalı maddələrin miqdarı artır. Bu xüsusilə karotinoidlər və likopinə aidir.

Karotinoidlər orqanizmdə ən güclü antioksidant olan A vitamininə çevrilir. Bu vitamini orqanizmi sərbəst radikalların təsirindən qoruyur, bizi cavan saxlayır, gözəl dəri və yaxşı görmə üçün çox vacibdir.

Likopin damarlar və kapilyarları elastik və möhkəm edir, damarlarda xolesterinin yığılmasının qarşısını alır və bununla da ürək-damar sistemi xəstəliklərindən qoruyur. Bundan əlavə likopin kişilərdə prostat vəzi xərçənginin riskini azaldır.  

Qarpızı yeməkdən dərhal sonra yemək olmaz. Bu həzm proseslərini pozur - köpə və qarın ağrılarına səbəb olur. Qarpızı yeməkdən 1 saat əvvəl və ya 2 saat sonra yeyin.

Kəsilmiş qarpızı yalnız soyuducuda saxlayın və 24 saat ərzində yeyin. Bundan çox saxlamaq olmaz ki, belə qarpız ciddi zəhərlənməyə səbəb ola bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR