Slimfit
  1. CƏMİYYƏT

Qarlı havada bu qədər insan xəstəxanalıq olub

Qarlı havada bu qədər insan xəstəxanalıq olub
Sakura

Qarlı havada bu qədər insan xəstəxanalıq olub

Qarlı hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirib.

TƏBİB-dən “Qafqazinfo”ya verilən məlumata görə, son 2 gün ərzində müracitlərin sayında artım qeydə alınıb. 14-15 yanvar 2024-cü il tarixlərində hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar müxtəlif travmalar səbəbilə 60 nəfər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət edib. 

Müxtəlif bədən xəsarətləri, xüsusilə aşağı ətrafların travması səbəbi ilə onlara ilk yardım göstədildikdən sonra hər biri profil üzrə xəstəxanalara təxliyə olunublar.

***

Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 137 nəfər müraciət edib.

İnstitutdan verilən məlumata görə, onlardan 75 nəfəri hava şəraiti ilə əlaqədar olaraq müxtəlif sınıq və əzilmə xəsarətləri olan vətəndaşlardır:

“Xəsarət alanlardan 4-ü travma, 4-ü isə stasionara yerləşdirilib. Vəziyyətləri həkimlər tərəfindən yaxşı qiymətləndirilir. Digərlərinə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar”.

Qeyd edilib ki, əvvəlki günlərlə müqayisədə ciddi fərq olmayıb. Belə ki, digər günlərdə 140, 127, 114 nəfər müxtəlif travmalarla İnstitutun təcili tibbi yardım şöbəsinə müraciət ediblər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR