Slimfit
  1. TƏBİƏT

Qarışqa

Qarışqa
Sakura

Qarışqa

Qarışqa (lat. Formicidae) — pərdəqanadlılar dəstəsinin bir fəsiləsi. Tropik ölkələrdə geniş yayılmışdır. Qafqazda 160-dan çox, Azərbaycanda 90-a qədər növü məlumdur.

Qarışqalara, qidaları tapıldıqdan sonra yuvaya geri qayıtdıqları zaman keçdikləri yolun üstünə vücud sonundakı ifraz şirələri vasitəsilə kimyəvi işarələr qoymaq xasdır. Yuvadakı digər işçilərin də eyni yolu təqib edərək qida qaynağını tapmaqda bu işarələr yardımçı olurlar. Bir neçə dəqiqədən sonra təsiri gedən bu iz qoxularının davamlı olaraq yenilənməsi lazımdır. Digər tərəfdən koloniyaya yaxınlaşan bir təhlükə seziləndə, fərqli quruluşda diqqət qoxuları ifraz edilməkdə, təhlükə digər fərdlərə dərhal bildirilərək çox qısa müddətdə həmin yer tərk edilməkdədir.

Qarışqa inqulinləri

Kəpənək növlərindən Aloeides dentatisin birinci və ikinci dövr sürfələri sərbəst yaşarkən, üçüncü dövrdən altıncı dövrə qədər olan daha inkişaf etmiş sürfələri, bir qarışqa növü olan Akantolepis kapensisin yuvalarında yaşamaqdadır. Koloniyaya daxil olan kəpənək sürfələri gün boyunca yuvada qalır və gecə bəslənmək üçün yuvanı tərk edirlər. Çox fərqli bir qrupdan olmaqlarına baxmayaraq qida axtarma gəzintisində qarışqalar, kəpənək sürfələrinə özlərindən ayırmadan yoldaşlıq edir və eyni zamanda düşmənlərinə qarşı qorunmaqda kömək edirlər. Qaz xromatoqrafiyası ilə aparılan analizlərdə kəpənək sürfələrində qarışqa sürfələrinə oxşayan kimyəvi maddələrin olduğu tapılmışdır. Oxşar kimyəvi gizlənmə davranışı milçək növü olan Microdon albikomatus sürfələrində də müşahidə edilməkdədir. Qarışqa sürfələri üzərində ovçu kimi bəslənən albikomatus sürfələri yuvada narahat edilmədikcə sərbəst yaşayır, hətta qarışqa sürfələri kimi fəhlə qarışqalar tərəfindən daşınmaqdadır. Vücud divarındakı hidrokarbon qarışıqlarının kimyəvi analizi aparıldıqda, albikomatus sürfələrinin hidrokarbon modelinin qonaq növü olan mirmika inkompleta balasının molekulyar quruluşuna çox bənzədiyi müəyyən edilmişdir.

Əhəmiyyəti

Ameise.jpg
 
Camponotus vagus.jpg
 

Fomica cinsindən olan kürən meşə qarışqaları biosenozda mühüm rol oynayır; xırda onurğasızları məhv edir, sorucu həşəratlarda, başlıca olaraq mənənələrlə simbioz münasibətdə ("trofobioz") olur. Kürən meşə qarışqalarının bəzi növlərindən yarpaq gəmiriciləri ilə mübarizədə istifadə edirlər.

Hər qarışqa yuvasının öz xüsusi qoxusu var. Bəzi qarışqaların qanadları da olur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR