Slimfit
  1. MARAQLI

Qarını 60 saniyəyə əridən "Sassi" suyu

Qarını 60 saniyəyə əridən "Sassi" suyu
Sakura

Qarını 60 saniyəyə əridən "Sassi" suyu

Dünya şöhrətli dietoloq olan Sintia Sassın şərəfinə belə adlanan su, arıqlamaq istəyən, qarın nahiyəsində problemləri olan, eləcə də orqanizmini yaxşılaşdırmaq istəyənlər üçün olduqca faydalıdır.

İnqredientlər:

Suyu tökmək üçün qab;

Orta ölçülü limon və xiyar;

Zəncəfil kökü;

Nanə;

Təmiz su.

Hazırlanması:

Addım 1.

"Sassi" suyunu axşamdan hazırlamaq daha yaxşı olardı. Belə ki, su soyumalı və tərkibindəki ərzaqlar öz faydalı maddələrini suya çıxarmalıdırlar. İlk növbədə, limon, xiyar, zəncəfil və nanə yaxşı yuyulur (limon və xiyarın qabığı soyulmadığı üçün təmiz yuyulmaları vacibdir).

Addım 2.

Limon və xiyar nazik halqalar şəklində doğranır. Zəncəfil kökündən 1-2 sm uzunluğunda hissə kəsib qabığını soymaq və rəndələmək lazımdır. Sonda alınan zəncəfil 1 çay qaşığı qədər (təpəciklə) olmalıdır. 10-15 yarpaq nanə götürmək kifayətdir.

Addım 3.

Hazırlanmış inqredientləri 2 litr həcmi olan qaba boşaldırıq. Üzərinə 2 litr təmiz filtrlənmiş su töküb soyuducuda bir gecə qalmalıdır.

Addım 4.

Hazırlanmış 2 litr məhlulun hamısı gün ərzində içilməlidir. Səhər acqarnına 1 stəkan "Sassi" suyu içmək lazımdır. Zəncəfil bağırsaqların işini yaxşılaşdırır. "Sassi" suyu şişkinliyi yatırır, bədəndə olan toksinləri çıxarır, mədə-bağırsaq sistemini qaydaya salır.

 
 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR