Slimfit
  1. MARAQLI

Qarğıdalı saçağının inanılmaz faydaları

Qarğıdalı saçağının inanılmaz faydaları
Sakura

Qarğıdalı saçağının inanılmaz faydaları

Qarğıdalı yeyərkən əksər hallarda onun saçaqlarını atırıq. Lakin qarğıdalı saçaqlarının insan orqanizminə olan faydalarını bilsək, onları atmarıq. 
 
Medicina.az qarğıdalı saçağının inanılmaz faydalarını araşdırıb. 
 
Çay olaraq dəmlənən qarğıdalı saçağı qarğıdalının özündən daha xeyirlidir. Qarğıdalı saçağı B6, C, E VƏ K vitaminləri ilə zəngindir. Saçaqlarda kalsium, kalium, dəmir, selen və sink var. 
 
Sadalanan minerallar və vitaminlərlə zəngin olan qarğıdalı saçağı səhhətə olduqca xeyirlidir. Qarğıdalı saçağı çayı sidik yolları, sidik kisəsinin və prostat vəzi infeksiyası kimi xəstəliklərin müalicəsində istifadə edilir. 
 
Qarğıdalı saçağı bədəndəki toksinləri və artıq suyu atmağa yardım edir. Xroniki ürək çatışmazlığına qarşı qoruyucu sədd yaradır. 
Eyni zamanda qarğıdalı saçağı çayının arıqlatmaq xüsusiyyəti var. 
 
Saçaqlar həmçinin, böyrəklərdə yaranan iltihabın qarşısını alır, revmatizma ağrılarını sağaldır və əsəbləri sakitləşdirir.
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR