Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qarğıdalı saçağı çayının faydaları

Qarğıdalı saçağı çayının faydaları
Sakura

Qarğıdalı saçağı çayının faydaları

İstifadə etdiyimiz adi, yaşıl, çobanyastığı və s. digər çaylardan ziyadə qarğıdalı saçağı çayını heç sınamısızmı? İnsan sağılığına bir çox faydası olan qarğıdalı saçağının dəmləməsi gözəl tamı ilə yanaşı, həm də təbii dərman vasitəsi kimi istifadə edilir. İnsan orqanizmində müxtəlif infeksiya və xəstəliklərə qarşı müqaviməti artıran bu çay necə hazırlanır?

Publika.az sizi faydalı, min bir dərdə dəva olan qarğıdalı saçağı çayının istifadəsi qaydaları ilə tanış edir:

Olduqca yüksək lif tərkibi ilə zəngin qarğıdalının özünü qızardıb yeyin. Saçaqlarını isə dəmləyib içmək faydalıdır. Lakin çoxumuz qarğıdalını saçaqlardan təmizləyib zibilə atırıq. Qarğıdalı saçaqlarının faydalarına gəldikdə isə, bu məhlul sidik kisəsi xəstəliklərini aradan götürür. Çayın tərkibi böyrək daşlarının yaranmasının qarşısını alır və süzmə prosesini yaxşılaşdırır. Kişilərdə tez-tez rast gəlinən prostat vəzi problemlərini də aradan qaldırır. Bununla yanaşı, revmatizm, yüksək təzyiq, qan təzyiqi, diabet xəstəliklərinə və xroniki bir çox xəstəliklərə faydalıdır.

Bu çayın hazırlanma qaydası isə belədir. Qarğıdalı saçağını təmizləyib (Saçaqlar boğazınıza qaçmasın deyə və tərkibindəki komponentlər suya daha tez keçsin deyə xırda-xırda doğrayada bilərsiz) üzərinə qaynanmış su tökürük. Çox zəif odda 10 dəqiqə dəmləyib fincana tökün.

Diqqət edin ki, qaynamasın. Qaynadıqda həm öz faydalı inqrediyentlərini itirir, həm də acı dadır.

Könül Cəfərli

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR