Dərc edildi: Baxış sayı: 444
Qaret Beyl qərarını açıqladı
“Madrid”in “Real” klubunun hücumçusu Qaret Beyl müqavilənin müddəti bitənədək klubu tərk etmək niyyətində deyil.
“Sovetskiy Sport” nəşrinin məlumatına görə, futbolçu İngiltərə Premyer Liqasında çıxış edən bəzi klubların maraq dairəsindədir.
Bildirilir ki, “Çelsi” və “Mançester Yunayted” dəfələrlə Beyl ilə anlaşmağa cəhd ediblər.
Futbolçunun “Real”la müqaviləsinin müddəti 2022-ci ilin yayınadək qüvvədədir. Bu vaxtadək Beyl Madrid klubunu tərk etmək niyyətində deyil.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət