Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qaralmış banan daha xeyirlidir

Qaralmış banan daha xeyirlidir
Sakura

Qaralmış banan daha xeyirlidir

Qaralmış banan daha xeyirlidir?

Yeni aparılan araşdırmalar qaralmış bananın orqanizm üçün daha faydalı olduğunu ortaya çıxarıb. İnce.Az xəbər verir ki, alimlər 1 ay müddətində gündə 2 ədəd dəymiş banan yeməyin orqanizmə aşağıdakı faydalarının olduğunu bildirir:

Əsəbləri sakitləşdirir
Tez-tez özünüzdən çıxır və aqressivləşirsinizsə, banan yemək sizə yaxşı təsir edəcək. Əsəbləriniz sakitləşəcək, özünüzü daha dinc hiss edəcəksiniz.

Bədənin temperaturunu tənzimləyir

Hava həddən artıq soyuq və ya isti olduqda banan yeməlisiniz. Beləcə, isti və soyuqdan əziyyət çəkməyəcəksiniz.

Qəbizliyin qarşısını alır.
Bananın tərkibindəki maddələr bağırsaqların işini asanlaşdırır. Bu da qəbizliyin aradan qalxmasına səbəb olur. 

Depressiyadan çıxarır.
Bananın tərkibindəki "triptofan” maddəsi orqanizmə daxil olduqdan sonra serotonin hormonunun istehsalını artırır. Xoşbəxtlik hormonu adlandırılan serotonin depressiyaya meyli azaldır. 

Mədə üçün faydalıdır.
Banan yumşaq olduğu üçün o, mədəsində yara olanların asanlıqla yeyə biləcəyi qidalardandır. Banan həm də mədə divarlarını turşuların mənfi təsirindən qoruyur. 

Enerji verir.
İdmandan öncə 1-2 ədəd banan yemək faydalı ola bilər. Bu, 1-2 saat ərzində daha enerjili olmağınıza kömək edəcək.

Dəmirlə zəngindir.
Banan qan azlığı və dəmir çatışmazlığına yaxşı təsir edir. Bananın tərkibindəki maddələr qırmızı qan hüceyrələrini artırır, qan dövranını sürətləndirir.

Təzyiqi aşağı salır.
Banan təzyiqi aşağı salmaqla yanaşı, insult ridkinidə azaldır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR