Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qaraciyərimizi yağlanmadan necə qoruyaq? - Təbii müalicə üsulları

Qaraciyərimizi yağlanmadan necə qoruyaq? - Təbii müalicə üsulları
Sakura

Qaraciyər yağlanmaya ən uyğun orqandır

Qaraciyər yağlanmaya ən uyğun orqandır. 
 
Qaraciyərin bütün hüceyrələrində cüzi miqdarda lipidlər və yağlar var. 
 
Medicina.az xəbər verir ki, bunların miqdarı normadan artıq olarsa, qaraciyərdə yağlanma hesab olunur. Ancaq az miqdarda yağlılıq qorxulu hesab olunmur. Əgər qaraciyərdə yağlılıq 10 faizi keçərsə, bu, artıq həyəcan siqnalıdır. Yağ lipidlərinin miqdarı qaraciyər hüceyrələrinin içərisində artdıqca, hüceyrələr zədələnir, qaraciyərdə müəyyən iltihabi reaksiyalar gedir, nəticədə qaraciyərin fibrozu, qaraciyər serrozu, qaraciyər xərçəngi, qaraciyər çatışmazlığı kimi ağır xəstəliklər yarana bilər.
 
Qaraciyər uyağlanmasının səbəbləri...
 
Qaraciyər yağlanması əsasən, alkollu içkilərlə bağlı olur. Digər səbəblər isə birbaşa yaşam tərzi ilə bağlı faktorlardır. Hərəkətsizlilik, çox yağlı qidaların qəbulu və diabet bu xəstəliyin səbəbərindən hesab olunur. Qaraciyərdə yağlanma ilkin olaraq, özünü ciddi biruzə verməsə də, vaxt keçdikcə ağırlaşa bilər. Mövcud vəziyyət baş hərlənməsi, davamlı yorğunluq və narahatlıqla özünü göstərir. Qaraciyər yağlanması qorxulu xəstəliklər siyahısında olmasa da, ciddi narahatlıq doğurur.
 
Təbii müalicə üsulları
 
Yaşıl çay yağlanmaya qarşı ən effektiv dərmanlardan hesab olunur. Həmçinin, nevroloji problemlərin həllinə də təsirsiz ötüşmür.
 
Qaraciyərin yağlanmasını əngəlləyən biri də limondur. Limon hipo, avitominozda və aterosklerozda profilaktik müalicə vasitəsidir. Şərq təbabətində limon qara və ağciyər xəstəliklərini sağaldan, müxtəlif zəhərlənmələrdə zəhər əleyhinə gözəl vasitə hesab olunurdu.
 
Piyli kök adamlar tez-tez təngənəfəslikdən əziyyət çəkirlər. Bunun üçün bir neçə qədim reseptlər mövcuddur.
 
Resept: bir stəkan suya yarım limon sıxın, əgər turş dadı sizi narahat eləsə, bir miqdar bal əlavə etmək məqsədəuyğun hesab  olunur.
 
Sarıkök - Bu ədviyyatın tibbi xüsusiyyətləri əsrlərin ağuşundan süzülərək bu günə kimi gəlib çıxıb. Davamlı zərdəçal istifadəsi qaraciyər yağlanmasının qarşısını alır. Sarıkökü meydana gətirən element kurkumindir. Sarıkök maddələr mübadiləsini nəzarət altına almağa və çəkini qorumağa kömək edir. Elm adamları nizamlı sarıkök istifadəsinin həzm sisteminə də yaxşı təsir etdiyini açıqlayıblar.
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR