Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qaraciyər piylənməsinə qarşı təbii çarələr

Qaraciyər piylənməsinə qarşı təbii çarələr
Sakura

Qaraciyər piylənməsinə qarşı təbii çarələr

Dəyərli dostlar, qaraciyər piylənməsi haqqında ayrıca yazmaq qərarına ona görə gəldim ki, artıq hər 4 adamdan biri bu xəstəlikdən əziyyət çəkir.

Birinci ordan başlayaq ki, bizim qaraciyərimiz niyə piylənir?

Deməli, qaraciyərdə piy toxuması olmur yalnız qaraciyərin ətrafları əvvəlcə piylənməyə başlayır, qarın piyləri əmələ gəlir sonra yavaş-yavaş qaraciyər sıxılır və əlamətləri başlayır. Əvvəlcə yeməkdən sonra köpmə başlayır, sonra ürəkbulanma, sonra bəzi hallarda qusma, sonra sağ qaraciyəraltı nahiyədə ağrılar və qaraciyərin bərkiməsi.

Yaxşı olar ki, insan oğlu yediyi yeməyə və işlətdiyi enerjisinə diqqət etsin!
Əgər sən bir oturumda 5 adamın yeməyini yeyirsənsə onda 5 adamın işini də görməlisən ki, qaraciyərin piylənib sıradan çıxmasın.

Normalda, insan həmişə aktiv hərəkəti açıq havada qalmağı özünə bir vərdiş etməlidir.

Alkoqol və siqaret qaraciyərin birinci düşmənləridirlər.

Həddindən çox kimyəvi dərman qəbulu, əsasən tempratur salıcılar və ağrıkəsicilər passivlik xəstəliyin artmasına səbəb olur, qeyri düzgün qidalanma çox antibiotik qəbulu zamanı bəzən mədə bağırsaqda daxili göbələklər əmələ gətirir ki, bu göbələklərin ifraz etdikləri toksinləri daima qaraciyərimiz təmizləmək məcburiyyətində qalır.

Qaraciyərin ətrafına yığılmış piy toxuması zaman-zaman bərkiyir və daxilində birləşdirici toxuma əmələ gəlir. Sonra fibrozlaşma başlayır. Bu çox təhlükəlidir çünki artıq qaraciyər yavaş-yavaş sıradan çıxmağa başlayır və sirroza doğru addımlayır.

Sirroz qarşısı alına bilməyən bir qaraciyər xəstəliyidir.

Həddindən artıq piylənmə zamanı toxumaların insulin hormonuna həssaslığı azalır və şəkərə tutulma riski artır, bu da sonda qaraciyərin sıradan çıxmasına səbəb olur.

Qaraciyər piylənməsi varsa nə etməli?

1. Siqaret, alkohol, yağlı yeməklər, kimyəvi dərmanlar, marqarin və rəfinə olunmuş ərzaqlar azaldılmalıdır.

2. Hər gün 2 saat açıq havada yeyin-yeyin gəzməli, bol su içməli, çay və qəhvə az içilməli, acımadan yeməməli, doymadan yeməkdən durmalı, bol-bol göyərtilər yeməli.

3. İstifadə olunan yağlar zeytun yağı ilə əvəz olunmalı, yeməkdən yarım saat əvvəl təzə salatlar yeyilməlidir.

MÜALİCƏSİ.

1. Hər gün 1 xörək qaşığı bal, 1 xörək qaşığı alma sirkəsi və bir çimdik zəncəfil, 1 stəkan çiy suya qarışdırıb gündə 2 dəfə yeməkdən əvvəl içməli.

2. Zəncəfil – 100 qram

Alaqanqal toxumu – 100 qram

Sarıkök kökləri – 100 qram

Zeytun yarpağı – 100 qram

Solmaz çiçəyi – 100 qram

Bu bitkiləri bir birinə qarışdırıb, qarışıqdan 2 xörək qaşığı 3 stəkan suda dəmləyib termosa tökməli və gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içməli.

Bundan başqa adi qara çay yaşıl çayla əvəz olunmalı, balqabaq şırəsi, kök şirəsi, kərəviz şirəsi, cəfəri şirəsi, buğda cücərəndən sonra yaşıl hissə dərilir 1 stəkana tökülür üstünə su əlavə olunub blenderlə qarışdırılıb şirəsi hazırlanılır. Bu şirələrdən hər gün 2 stəkan növbəli şəkildə yeməkdən əvvəl 2 stəkan içilməlidir.

Evdə kənd südündən hazırlanılmış qatıq və ya kefir gündə 2 stəkan qəbul olunmalıdır.

 

Mənbə: Fins.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR