Slimfit
Qaraciyər
Sakura

Qaraciyər

Qaraciyər (yun. hepar, lat. jecur) İnsanda uzunsov dördbucaq şəklində, yastı və tutqun qırmızı rəngdə və 1500 qram ağırlığındadır. Qaraciyər asan kəsilir və didilir; ona görə çox vaxt yüngül bir təzyiqdən və ya zədədən tez parçalanır. Bədəndən çıxarılmış qaraciyər yumuşaq olduğu üçün öz şəklini itirir.

Qaraciyərin iki səthi: yuxarı çıxıq diafraqma səthi – lat. facies diaphragmatica (facies superior – BNA) və aşağı basıq visseral səthi – lat.facies visceralis (facies inferior – BNA). Yuxarı səthi peritondan əmələ gəlmiş lat. lig. falciforma hepatis vasitəsilə iki paya bölünür: sağ pay – lat. lobus hepatis dexter və sol pay – lat. lobus hepatis sinister; sağ pay sol paydan böyük və qalındır. Diafraqma səthində yuxarı hissə – lat. pars superior, ön hissə – lat. pars anterior, sağ hissə – lat. pars dextra və dal hissə – lat. pars posterior (facies posterior – BNA) ayırd edilir. Aşağı səthi bir az arxaya çevrilmişdir və üzərində üç şırım vardı: biri kındələn – qaraciyər qapısı – lat. porta hepatis və ikisi boylamadır (sağ və sol).Bu şırımlar hamısı bir yerdə "H" hərfinə bənzəyir. Sağ boylama şırımın ön hissəsində ödlük və arxa hissəsində aşağı boş vena yerləşmişdir, ona görə ın hissəyə ödlük çuxuru – lat. fossa vesica felleae, arxa hissəyə – lat. sulcus (fossa – BNA) venae cavae deyilir.

 

Daxili qurluşu

Qaraciyər mürəkkəb borulu vəzilərdən olub, bir çox paycıqlardan – lat. lobuli hepatis ibarətdir. Baycıqları təşkil edən atmalar qaraciyər epitel hüceyrələrindən əmələ gəlmişdir. Qaraciyər paycıqları şəkilcə çoxbucaqlı olub, bir-biri ilə birləşdirici toxuma vasitəsilə birləşmişdir. Pazcıqların daxilində retikulyar liflərdən təşkil olunmuş tor vardır; bu liflər, ehtimal ki, qaraciyər kapillyarları endotelinin törəmələridir. Həmin endotel faqositoz vəzifəsinə malik ulduzabənzər (Kupfer adlanan) hüceyrələrdən ibarətdir.

 

Seqmentar quruluşu

Son zamanlar qaraciyərdə paylardan başqa seqment adlanan daha kiçicik hissələr ayırd edilir. Seqment (embrioloji yox) həndəsi bir anlayış olub qaraciyərin qapı venasının böyük bir şaxəsinə və bunu muşayiət edən qaraciyər arteriyası şaxələrinə və öd axacaqlarına müvafiq bir hissəsinə deyilir. Qaraciyər seqmentlərinin miqdarı çox müxtəlif olur, odur ki, başqa-başqa müəlliflər müxtəlif rəqəmlər göstərir. Əgər müəlliflər qaraciyərdə dörd – ön, dal, içəri və bayır seqment – lat. segmentum anterius, posterius, mediale et laterale qeyd edirlər. Ön seqment qaraciyərin sağ payının diafraqma səthinin ön və yuxarı hissələrini, dal seqment – həmin səthin dal hissəsini və sağ payın visseral səthini, içəri seqment – kvadrat və quyruqlu payları və bayır seqment- bütün sol payı tutur.

 

Qaraciyərin damar və sinirləri

Qaraciyərə qan iki damar ilə gəlir: qaraciyərin xüsusi arteriyası – lat. art. hepatica propria və qapı venası – lat. vena portea. Art. hepatica propria qaraciyərin ümumi arteriyasından başlayaraq iki şaxəyə bölünür: lat. ramus dexter et sinister. Sağ şaxədən ödlüyə məxsus lat. art cystica gedir. Qaraciyərin xüsusi arteriyasının sağ və sol şaxələri sağ və sol paylara daxil olaraq, orada bir çox şaxələrə – lat. art-ae interlobulares (rami arteriosi interlobulares – BNA) bölünür; bu şaxələr qaraciyər parenximasını, birləşdirici toxumanı və seroz qişanı qidalandırır.

 

Seroz qişası və fiksasiya aparatı

Qaraciyərin xarici, arxa kənarından və üzərində olan şırımlardan başqa seroz qişa – lat. tunica seroza ilə örtülüdür. Bu qişa lat. tunica fibrosa (capsula fibrosa Glissoni – BNA) adlanan sərt birləşdirici toxuma qatı vasitəsilə qaraciyərə bitişmişdir. Seroz qişa olmayan nahiyyələrdə lifli qişa çox qalındır. və qaraciyər qapısından qapı venasının şaxələri ilə bərabər qaraciyərə daxil olub onları müşayiət edir. Qaraciyərin seroz qişası diafraqmaya və qonşu üzvlərə keçdikdə bir neçə bağ əmələ gətirir:

  1. Qaraciyərin orağabənzər bağı – lat. ligamentum falciforme hepatis,
  2. Sağ və sol tac bağlar – lat. lig. coronarium hepatis dextrum et sinistrum,
  3. Sağ və sol üçbucaq bağlar – lat. lig. triangulare dextrum et sinistrum,
  4. Qaraciyər – böyrək bağı – lat. lig. hepatorenalis,
  5. Qaraciyər – mədə bağı – lat. lig. hepatogastricum,
  6. Qaraciyər – onikibarmaq bağırsaq bağı – lat. lig. hepatoduodenale,
  7. Qaraciyər – çənbər bağırsaq bağı – lat. lig. hepatocolicum.

Bunlardan üç əvvəlinciləri qaraciyəri diafraqmaya və yerdə qalanı mədəyə, onikibarmaq bağırsağa, sağ böyrəyə, çənbərbağırsağa təsbit edir. Tac bağlar ilə qaraciyər-böyrək bağı bir qatdan, başqaları isə iki qatdanəmələ gəlmişdir.

Qaraciyərin fiksasiya olunması: arxa kənarını diafraqmanın aşağı səthinə bitişdirən birləşdirici toxumadan, sıx surətdə öz şaxələri ilə qaraciyərin parenximasına birləşmiş aşağı boş venadan, qaraciyərin tac bağından, qarın basması təzyiqindən asılıdır.

 

Topoqrafiyası

Qaraciyər qarın boşluğunda yerləşmişdir. Sağ payı sağ qabırğaaltı nahiyəsini (lat. regio hypochondrica dextra) və qarınüstü nahiyəsini (lat.regio epigastrica) və sol payı sol qabırğaaltı nahiyəsini (lat. regio hypochondrica sinistra) tutur. Qaraciyərin yuxarı hüdudu sağ tərəfdə – lat.linea mamillaris et parosternalis üzərində – V qabırğa qığırdağının bərabərində, orta xətdə – lat. processus xiphoideus əsasında və sol tərəfdə – lat. linea parasternalis üzərində – VI qabırğa qığırdağı bərabərində olur. Beləliklə, qaraciyərin paylarının vəziyyəti diafraqma künbəzlərinə uyğundur və sağ pay sol paydan yuxarıdadır. Qaraciyərin yuxarı hüdudu arxada IX döş fəqərəsi bərabərinə, lat. linea paravertebralis dextra üzərində – IX qabırğaarası sahəyə və lat. linea axillaris media üzərində – VII qabırğaarası sahəyə uyğundur. Aşağı hüdudu arxada XI döş fəqərəsi bərabərindən başlayaraq, qabırğa qövsünün aşağı kənarı ilə VIII vä VII qabırğa qığırdaqları bir-biri ilə birləşən yerədək gedir; buradan yuxarı və sola qalxaraq, sol tərəfdə VIII vä VII qabırğa qığırdaqları bir-biri ilə birləşdiyi yerdə yuxarı hüduda keçir. Qadınlarda qaraciyər, ümumiyyətlə, bir az aşağı olur; qocalarda da bir qabırğa aşağı enir. tənəffüs və orqanizmin vəziyyəti qaraciyərin topoqrafiyasını dəyişdirir. Nəfəs alıb-verən zaman qaraciyər diafraqmanın hərəkətini təqib edir, belə ki, nəfəs aldıqda 2-3 sm aşağı enir və nəfəs verdikdə bir o qədər yuxarı qalxır. İnsan ayaq üstə durduğu və oturduğu zaman qaraciyər aşağı enir; uzandığı vəziyyətdə isə öz yerini tutur.

 

Sintopiyası

Qaraciyər bir çox qonşu üzvlərlə rabitədədir. Onun konsinstensiyası yumuşaq olduğu üçün hansı üzvə söykənirsə, o üzvün izi onun üzərində qalır və nəticədə aşağıdakı basıqlar əmələ gəlir:

  1. ürək basığı – lat. impressio cardiaca qaraciyərin sol payının diafraqma səthində;
  2. mədə basığı – lat. impressio gastrica sol payın visseral səthində olur və mədənin kiçik əyriliyi ilə ön səthinə məxsusdur;
  3. qida borusu basığı – lat. impressio esophagea sol boylama şırımın arxa ucunda yerləşir və qida borusunun qarın hissəsinə məxsusdur;
  4. mədə çıxacağı basığı – lat. impressio pylorica kvadrat payda olur;
  5. onikibarmaq bağırsaq basığı – lat. impressio duodenalis quyruqlu pay üzərində yerləşmişdir və onikibarmaq bağırsağın yuxarı ucuna məxsusdur;
  6. çənbər bağırsaq basığı – lat. impressio colica sağ payın visseral səthinin ön hissəsindədir və özü də çəmbər bağırsağın sağ əyriliyinə və köndələn çəmbər bağırsağın sağ ucuna məxsusdur;
  7. böyrək basığı – lat. impressio renalis çənbər bağırsaq basığından arxaya və sağ tərəfdə olur və sağ böyrəyə məxsusdur;
  8. böyrəküstü basıq – lat. impressio suprarenalis sağ payın visseral səthinin arxasında olur və sağ böyrəküstü vəziyə uyğundur.

Ödlük və öd axacaqları

Qaraciyərin vəzifəsi

Qaraciyərin vəzifəsi çox müxtəlifdir. birinci növbədə o, vəzi olduğu üçün məhsul – öd və sidik cövhəri ifraz edir. Məlum olduğu kimi öd onikibarmaq bağırsağa tökülüb həzm prosesi zamanı sərf olunur. Sidik cövhəri əvvəlcə qana keçir və sonra buradan böyrəklər vasitəsilə sidiyin tərkibində xaric olur. qapı venası qanı ilə qaraciyərə gələn karbohidratlar burada nişasta halında ehtiyat bir məhsul kimi saxlanılır və sonra bədənə lazım olduqca üzüm şəkəri halında qana buraxılır. bundan əlavə qaraciyərdə rüşeym dövründə qırmızı qan kürəcikləri hasil olur, beləliklə o, qanyaradıcı vəzifə ifa edir. Qaraciyər mühafizə vəzifəsini də daşıyır – kapillyarlarının endotel hüceyrələri (Kupfer hüceyrələri) retukul-endotel sistemə aid olub faqositoz vəzifəsini görür (bağırsaqlardan qana süzülmüş və maddələr mübadiləsindən sonra hasil olmuş zəhərli maddələri zərərsiz hala keçirir.) Qaraciyərin endokrin (daxili sekresiya) vəzifəsi də qeyd olunur.

 

Öd

Qaraciyərin və ödlüyün inkişafı və variantları

Qaraciyər onikibarmaq bağırsağın ön divarından. entodermal epiteldən inkişaf edir. Onun mayası onikibarmaq bağırsağın ventral çözünün (müsariqəsinin) (lat. mesoduodenum ventrale) səfhələri arasına daxil olur. Qaraciyər inkişaf etdikcə onikibarmaq bağırsaqdan uzaqlaşır və onunla yalnız ümumi öd axacağı lat. ductus choledochus vasitəsilə rabitədə qalır. İlk dəfə qaraciyərin mayası onikibarmaq bağırsaq ilə qarnın ön divarı arasında intraperitoneal – periton daxili vəziyyətdə yerləşir. Sonradan mədənin hərlənməsilə əlaqədar olaraq qaraciyər sağa və yuxarıya doğru yerini dəyişir. Arxa kənarında olan seroz qişasını itirərək mezoperitoneal vəziyyət alır. Öd kisəsi və onun axacağı ümumi öd axacağı divarından inkişaf edir.

 

Anamaliya variantları

  1. Qaraciyərin paylara bölünməsi və ya "əlavə qaraciyər";
  2. Qaraciyərin sağ qabırğa altında yerləşməsi;
  3. Öd kisəsinin zəif inkişaf etməsi;
  4. Qoşa öd kisəsinin olması;
  5. Öd kisəsinin arakəsmə fasitəsilə bölünməsi;
  6. Öd kisəsinin qaraciyərin sol payının visseral səthində yerləşməsi (bəzən öd kisəsiin dərində qaraciyər kütləsində ya da ön kənarından xeyli arxada yerləşməsi);
  7. Öd axacaqlarının miqdarının artması;

 

Yaş və fərdi xüsusiyyətləri

Yaş xüsusiyyətləri

Yenidoğulmuşlarda qaraciyər yetişmiş şəxslərə nisbətən çox böyük, nisbi çəkisi isə 3-4 dəfə artıq olur. Yetişmiş şəxslərdə bədən çəkisinin 1/50-ə bərabər olduğu halda yenidoğulmuşda bu nisbət 1/20 olur. Yeni doğulmuşun qaraciyərinin çəkisi 150 q-dır. Xüsusən sol pay artıq inkişaf etmiş olur. Rüçeym həyatının iki aylığında hər iki pay bərabər olur. Topoqrafik cəhətcə ön kənarı lat. linea mamillaris dextra – sağ məmə xətti üzərində qabırğa qövsündən 2.6-3,8 sm aşağı çıxır, deləki qarın boşluğunun çox hissəsini tutmuş olur. Yenidoğuluşda qaraciyər xeyli mütəhərrik olur; kütləsi yumuşaq və damarlarla zəngindir, quruluşunun paylı olması bir o qədər də nəzərə çarpmır.

Qocalarda qaraciyərin kütləsi sərtləşir, çəkisi azalır və topoqrafik cəhətcə bir qabırğa aşağı enir. Yeni doğulmuşda öd kisəsi iyə bənzəyir, sanki uzununa dartılmış olur; sonralar armud şəklini alır. 80% hallarda dibi qaraciyərinön kənarından xaricə çıxır.

 

Fərdi xüsusiyyətləri

Qaraciyər paylarının ölçülərinin bir-birinə olan nisbətinə görə iki növə bölünür:

  1. Hipolobar qaraciyər: bu zaman sol pay sağdan kiçik olur.
  2. Hiperlobar qaraciyər: bu zaman sol pay sağ paya bərabər ya da ondan böyük olur.

Qaraciyərin peritondan azad olan arxa kənarı ya çox enli, bağlar qısa, qaraciyər qarın boşluğunun arxa divarına möhkəm bitişmiş ya da əksinə ensiz zolaq şəkində, bağlaq uzun və nəticədə qaraciyər zəif fiksasiya olunmuş olur. Melinikova görə qaraciyər iki cür yüksək və alşaq vəziyyətdə olur. Döş qəfəsinin aşağı dəliyi geniş və çanağı dar olan şəxslərdə qaraciyər yüksək vəziyyətdə, əksinə döş qəfəsi dəliyi dar və çanağı geniş olan şəxslərdə isə alçaq vəziyyətdə yerləşir. qaraciyər önə olan mailliyi dərəcəsinə görə iki: dorzopetal və ventropetal vəziyyətdə olur. Dorzopetal vəziyyətdə qaraciyərin aşağı kənarı qabırğa gövsündən yuxarı yerləşir və üzv dala çəkilmiş kimi görsənir. Ventropetal vəziyyətdə qaraciyərin aşağı kənarı aşağı sallanaraq qabırğa qövsündən xaricə çıxır və üzv önə çox mailli olur. Öd kisəsinin fprması Oqnevə görə silindrəbənzər, konusabənzər və ovalabənzər olur.

 

Xəstəlikləri

Hepatitlər

Hepatit A

Hepatit B

Hepatit C

Qaraciyər distrofiyası

Qaraciyər piylənməsi

Qaraciyər serozu

Qaraciyər xərçəngi

Öd kisəsinin iltihabı

Öd daşı xəstəliyi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR