Dərc edildi: Baxış sayı: 644
Qaracaoğlan - Pərişan
Çıxdım ucasına seyran eylədim
Gördüm ağ ququlu göllər pərişan.
Bir fırqət gəldi də durdum ağladım
Öpüb qoxladığım güllər pərişan.
Xəyal-məyal oldu qarşımda dağlar
Eşindən aynlan ah çəkər ağlar.
Tökülmüş yarpaqlar, pozulmuş bağlar
Bülbülün qonduğu dağlar pərişan.
Qaracaoğlan der: mən toyladamadım,
Ərəb ata minib boyladamadım,
Küsdürdüm dilbəri söylədəmədim,
Dilbəri küsdürən dillər pərişan.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət