Dərc edildi: Baxış sayı: 519
Qaracaoğlan - Köynəkcək
Səhər-səhər seyrə çıxıb,
Bağçaya, bağa köynəkçək.
Nərgiz dərər, dəstə bağlar,
Sapcaq buxağa köynəkçək.
Mənə də ver güllərinnən,
İncimənəm dillərinnən,
Məlhəm elə əllərinnən,
Sinəmdə dağa köynəkcək.
Qaracaoğlan, xallara,
Mayiləm qəddi dallara,
Həsrət çəkən cavanlara,
Eylə qadağa köynəkcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət