'Qarabağ'ın transfer etmək istədiyi qapıçı: 'Hər şey mümkündür, xəbərləri izləyin'
"Qarabağ" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
"Report" "Klix.ba" nəşrinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi İngiltərə Premyer Liqasında çıxış edən “Bornmut”un qapıçısı Asmir Beqoviçi heyətinə qatıb. Bosniya və Herseqovina millisinin də şərəfini qoruyan 32 yaşlı oyunçu icarə əsasında "Qarabağ"da çıxış edəcək və 6 ay ölkə çempionunun formasını geyinəcək.
Beqoviçin özü isə gələcək karyerası ilə bağlı bunları deyib: "Hər şey mümkündür. Hazırda bu məsələ ilə bağlı yenilik yoxdur. Amma bu gün ola bilər. Xəbərləri izləyin, hər şey mümkündür".
Qeyd edək ki, Asmir Beqoviç karyerası ərzində İngiltərənin "Çelsi" və "Stok siti" klublarının da formasını geyinib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət