Dərc edildi: Baxış sayı: 352
"Qarabağ"ın rəqibinin Bakıya səfər proqramı müəyyənləşib
Ukraynanın "Vorskla" klubunun "Qarabağ"la keçirəcəyi Avropa Liqasının III tur matçı üçün Bakıya səfər proqramı müəyyənləşib.
"Report"un məlumatına görə, Poltava təmsilçisi Azərbaycan paytaxtına oyundan bir gün əvvəl - oktyabrın 24-də gələcək. Komanda "Winter Park Hotel"də məskunlaşacaq. Baş məşqçi Vasili Saçko həmin gün saat 17:30-da Bakı Olimpiya Stadionunda (BOS) mətbuat konfransı keçirəcək. Saat 18:00-da isə rəqibin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi başlayacaq.
Qeyd edək ki, "Qarabağ" - "Vorskla" görüşü oktyabrın 25-də BOS-da keçiriləcək. Matç saat 20:55-də başlayacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət