Slimfit
  1. İDMAN

"Qarabağ"ın potensial rəqiblərinin sayı azaldı

"Qarabağ"ın potensial rəqiblərinin sayı azaldı
Sakura

"Qarabağ"ın potensial rəqiblərinin sayı azaldı

Azərbaycan çempionu "Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində potensial rəqiblərinin sayı azalıb. 

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu, II təsnifat mərhələsindəki oyunlardan sonra gerçəkləşib. 

Ağdam təmsilçisinin potensial rəqibləri “Riqa” (Latviya) və “Tre Fiori”nin (San Marino) matçı küləyə görə təxirə salınıb. Cütün qalibi III təsnifat mərhələsində Şotlandiyanın “Seltik” komandası ilə üz-üzə gəlməlidir. Həmin cüt isə pley-offda "Qarabağ"ın potensial rəqiblərindən biri olacaq.

Ermənistanın "Ararat" klubu növbəti mərhələyə yüksəlsə də, Azərbaycan təmsilçisinin mümkün rəqiblərinin siyahısına daxil edilməyəcək.  

“Qarabağ”ın mümkün rəqibləri:

“Sarayevo” (Bosniya və Herseqovina) - “Buduçnost” (Monteneqro) - cütünün qalibi 
“Şerif” (Moldova) - “Dandalk” (İrlandiya) - cütünün qalibi
“Riqa” (Latviya)/“Tre Fiori” (San-Marino) (təxirə salınıb) - “Seltik” (Şotlandiya) - cütünün qalibi
“KuPs” (Finlandiya) - “Suduva” (Litva) - cütünün qalibi
“Legiya” (Polşa) - “Drita” (Kosovo) - cütünün qalibi
“Klasksvik” (Farer adaları) - “Dinamo” (Tbilisi, Gürcüstan) - cütünün qalibi
“Yurqorden” (İsveç) - ÇFR (Rumıniya) - cütünün qalibi
“Floriana” (Malta) - “Flora” (Estoniya) - cütünün qalibi
“Lüdoqorets” (Bolqarıstan)
“Tirana” (Albaniya)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR