Dərc edildi: Baxış sayı: 387
"Qarabağ"ın Portuqaliyaya səfər proqramı açıqlanıb
Avropa Liqasının qrup mərhələsinin ilk turunda Portuqaliyada "Sportinq"in qonağı olacaq "Qarabağ"ın səfər proqramı müəyyənləşib.
"Report" klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu gün saat 19:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanında çarter reysi ilə yola düşəcək. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oyunöncəsi mətbuat konfransı sentyabrın 19-u Bakı vaxtı ilə saat 21:30-a təyin olunub.
Oyundan dərhal sonra vətənə dönəcək Ağdam təmsilçisi sentyabrın 21-də saat 09:05-də Bakıya çatacaq.
Qeyd edək ki, sentyabrın 20-də Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək "Sportinq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət