'Qarabağ'ın istədiyi daha bir qapıçı komandasında qalıb
İngiltərənin "Sunderland" klubunun qapıçısı Con Maklaflin yenidən "Qarabağ"ın maraq dairəsinə düşüb.
"Report" "Sunderlandecho.com" saytına istinadən xəbər verir ki, 32 yaşlı şotlandiyalı qolkiperlə Ağdam təmsilçisi ilə yanaşı, Türkiyənin "Trabzonspor" və Bolqarıstanın "Lüdoqorest" komandaları da maraqlanır.
İngiltərə təmsilçisinin prezidenti Stüart Donald oyunçunun karyerası ilə bağlı açıqlama verib. İngiltərəli funksioner futbolçunun klubla bir illik müqaviləsinin qaldığını söyləyib. O, Maklaflinin komandada xoşbəxt olduğunu deyib: "Agenti oyunçuya maraq olduğunu bildirdi və dedi ki, onun üçün 1 və ya 2 milyon funt sterlinq ala bilərsiniz. Maklaflin bu mövsüm bizimlə olacaq və onu satmayacağıq".
Qeyd edək ki, "Qarabağ" daha öncə İtaliyanın "Udineze" klubunda çıxış edən Simone Skuffeti də heyətinə cəlb etmək istəyib, lakin bu keçid də reallaşmayıb. Ağdam təmsilçisi 2018-ci ilin yayında da Con Maklafinə müqavilə təklif edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət