Slimfit
  1. İDMAN

"Qarabağ”ın futbolçusu: "Hücum və müdafiədə özümüzü inkişaf etdirməliyik"

"Qarabağ”ın futbolçusu: "Hücum və müdafiədə özümüzü inkişaf etdirməliyik"
Sakura

"Qarabağ”ın futbolçusu: "Hücum və müdafiədə özümüzü inkişaf etdirməliyik"

"Biz "Vorskla”dan daha yaxşı, daha səviyyəli komandayıq. Meydanda da rəqibdən daha fəal oynadıq”.

"Report" xəbər verir ki, bu sözləri "Qarabağ”ın futbolçusu Simeon Slavçev Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə "Vorskla”ya 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

Bolqarıstanlı yarımmüdafiəçi məğlubiyyətə baxmaraq, yaxşı oynadıqlarını bildirib: "Rəqib qapımıza doğru cəmi 2 zərbə vurdu, biri qol ilə nəticələndi. Hücum və müdafiədə özümüzü inkişaf etdirməliyik. Növbəti oyunumuzda qələbə qazanmalıyıq ki, azarkeşlərimizi sevindirək. Düşünürəm ki, pis oynamadıq. Çünki bu gün yaxşı çıxış etdik. Kimsə başqa cür düşünə, şərh verə bilər. Mənim fikrimcə, komanda inamlı təsir bağışladı. Sadəcə, nəticə istədiyimiz kimi olmadı”.

Bəxt amilindən gileylənən Slavçev öz çıxışı barədə də söz açıb: "Komanda uduzubsa, öz oyunumla bağlı nikbin danışa bilmərəm. Meydanda qalib gəlmək üçün hər şeyi edirəm. Amma bu gün bəxtimiz gətirmədi və məğlub olduq”.

26 yaşlı oyunçu Qurban Qurbanovun paltardəyişmə otağında çox danışmadığını söyləyib: "Sadəcə dedi ki, ruhdan düşməyin. Çünki qarşıda digər vacib oyunlar var”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR