Dərc edildi: Baxış sayı: 409
“Qarabağ”ı məğlub etməyə görə 5 min avro verirlər
Avropa Liqasında mübarizə aparan “Qarabağ” yer aldığı qrupda ikinci pillədə qərarlaşıb. Öz meydanında Kiprin APOEL klubu ilə heç-heçə (2:2) də komandamızın növbəti mərhələyə vəsiqə qazanmaq şansını azaltmayıb.
Bizimyol.info xəbər verir ki, APOEL-in prezidenti Prodromos Petrides Kiprdəki oyunda qələbə üçün futbolçulara sanballı mükafat vəd edib. O, Bakıdakı qarşılaşmadan sonra komandanın paltardəyişmə otağına daxil olaraq “Qarabağ”la ikinci görüşün vacibliyindən danışıb. Petrides Kiprdə qələbə qazanacaqları halda start heyətində yer alan hər futbolçuya 5 min avro verəcəklərini bildirib.
“Qarabağ” Avropa Liqasının qrup mərhələsində beşinci dəfədir mübarizə aparır. Ağlam klubu indiyə qədər heç vaxt bu mərhələdən o tərəfə gedə bilməyib. Kiprdə uduzmamaq həm də məqsədə çatmaq anlamına gəlir. İndi qrupda “Sevilya”nın 9, “Qarabağ”ın 4, “Düdelanj”ın 3, APOEL-in 1 xalı var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət