Dərc edildi: Baxış sayı: 403
"Qarabağ"ı keçdi, baş məşqçi oldu
Belarusun BATE klubu Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ”ın mübarizədən kənarlaşdırılmasından sonra Aleksey Baqa ilə bağlı qərar verib.
Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 37 yaşlı mütəxəssisin baş məşqçi təyinatı təsdiqlənib. Klub rəhbərliyi indiyə qədər bu vəzifəni müvəqqəti icra edən Baqa ilə yollarını davam etdirəcək.
Qeyd edək ki, iki oyunun nəticəsinə görə (1:0, 1:1) "Qarabağ"ı üstələyən Borisov təmsilçisi ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV komandası ilə qarşılaşacaq.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət