Dərc edildi: Baxış sayı: 534
“Qarabağ”dan Türkiyədə ilk qələbə
“Qarabağ” Antalyada keçirdiyi ikinci yoxlama oyununda Çexiyanın “Bohemians” komandasına 3:1 hesabı ilə qalib gəlib.
Oxu.Az xəbər verir ki, 20 Yanvar şəhidlərinə görə bir dəqiqəlik sükutla başlayan görüşdə əvvəlcə hesabı çexlər açıb.
16-cı dəqiqədə Yakub Neças fərqlənib. Lakin bundan sonra Ağdam təmsilçisi daha fəal olub. 36-cı dəqiqədə xorvatiyalı Filip Ozobiç başla hesabı bərabərləşdirib. 62-ci dəqiqədə haitili Donald Qerye künc zərbəsindən sonra komandasını önə keçirib. Görüşün əlavə olunmuş dəqiqəsində isə bolqarıstanlı Slavço Slavçev matçda son nöqtəni qoyub.
Qeyd edək ki, “Qarabağ” ilk oyununda Macarıstanın “Uypeşt” komandasına 0:1 hesabı ilə uduzmuşdu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət