Dərc edildi: Baxış sayı: 497
“Qarabağ”dan ardıcıl dördüncü qələbə
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutub.
Əvvəlcə iki paytaxt klubu “Keşlə” və “Səbail” üz-üzə gəlib. Görüş ikincilərin üstünlüyü ilə baş çatıb- 1:2.
Turun qapanış, həm də mərkəzi oyununda isə son ölkə çempionu “Qarabağ” əzəli rəqibi “Neftçi” ilə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda Ağdam klubu ardıcıl 4-cü qələbəsini bayram edib – 2:0.
Qeyd edək ki, ilk oyun günündə “Sumqayıt” “Zirə”yə (1:2), “Sabah” isə “Qəbələ”yə (0:1) uduzmuşdu.
Azərbaycan Premyer Liqası
IV tur
15 sentyabr
“Keşlə” – “Səbail” 1:2
Qollar: L.Frutos, 54 - M.Abbasov, 18; 31-pen.
“Qarabağ” – “Neftçi” 2:0
Qollar: M.Emreli, 31. A.Zubir, 69.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət