Slimfit
  1. SİYASƏT

"Qarabağdakı vəziyyətə görə ABŞ Dövlət Departamentindən daha çox Azərbaycan narahatdır"

"Qarabağdakı vəziyyətə görə ABŞ Dövlət Departamentindən daha çox Azərbaycan narahatdır"
Sakura

"Qarabağdakı vəziyyətə görə ABŞ Dövlət Departamentindən daha çox Azərbaycan narahatdır"

ABŞ Dövlət Departamenti humanitar, kommersiya və sərnişin daşımaları üçün Laçın dəhlizinin açılması çağırışını təkrarlayıb. Dövlət Departamenti Qarabağdakı vəziyyətdən narahatlıqlarını ifadə ediblər. Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyir ki, “Dağlıq Qarabağda ərzaq, dərman və digər zəruri olan məhsulların tədarükünün dayandırılması nəticəsində humanitar vəziyyətin pisləşməsindən dərin narahatıq”. O, vurğulayıb ki, humanitar yardım heç vaxt siyasi fikir ayrılıqlarının girovuna çevrilməməlidir. "Biz Laçın dəhlizini humanitar, kommersiya və sərnişin daşımaları üçün dərhal açmağa çağırışımızı bir daha təkrar edirik. Hər iki tərəfin rəsmi nümayəndələri Dağlıq Qarabağın kişi, qadın və uşaqlarına həyati əhəmiyyətli ləvazimatların çatdırılması yollarını razılaşdırmalıdırlar”, – Miller əlavə edib.

Milli Məclisin deputatı Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ Dövlət Departamenti Azərbaycanın suveren ərazilərinə hörmətlə yanaşmalı, erməni lobbisinin girovuna çevrilməməli və separatizmi dəstəkləməkdən çəkinməlidir.

“Ağdam-Xankəndi yolunun açılmasından sonra Laçın yolu daşımalarla bağlı fəaliyyət göstərə bilər. O cümlədən, Laçın yolu açılandan sonra bu yolla daşımalar Azərbaycanın gömrük və sərhəd keçid qanunlarına uyğun davam etdirə bilər. Qarabağdakı vəziyyətə görə hamıdan çox Azərbaycan dövləti narahatdır. Ona görə də Qarabağın erməni icmasına dəfələrlə dialoq təklif etmiş, QAC vasitəsilə ilikn yardım göndərilmiş və ünvanına çatmasını gözləyir”-deyən deputat bildirib ki, ABŞ Dövlət Departamenti separatizmi dəstəkləmək əvəzinə Ağdam-Xanəkəndi yolunun açılması və daxili inteqrasiya proseləri üçün dialoqa başlanması ilə bağlı töhfə versə, regiona sülh və əməkdaşlıq daha tez gələr.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR