Dərc edildi: Baxış sayı: 1081
Qarabağda, Zəngəzurda mövcud olmuş bir nahiyə Əcənan-türk nahiyəsi.
Qarabağda, Zəngəzurda mövcud olmuş bir nahiyə Əcənan-türk nahiyəsi.
Əcənan nahiyəsi indiki Zəngəzur dediyimiz Zəngəzur qəzası ərazisində mövcud olmuş qədim nahiyədir. Bu nahiyənin adı Əcənan çayının adındandır. Osmanlı dönəmində 1593-cü ildə tərtib olunmuş Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinə görə İskəndər qalası livasının Qapan qəzasının nahiyələrindən biri idi. 1593 ci ildə bu nahiyəyə 36 kənd daxil idi. 1725 ci ildə isə Qafan livasının nahiyəsi idi. Qarabağ xanlı dönəmində Əcənan-türk mahalı adlanırdı. Mahalın mərkəzi Xalac obası idi. Mahal 9 kənddən ibarət idi. Əcənan mahalı 1840-cı ildə ləğv olunur və Şuşa qəzasının sahəsi olur. 1867-ci il dekabr tarixli fərmana əsasən, Zəngəzur və Cavanşir sahələri Şuşa qəzasından ayrılıb müstəqil qəzalara çevrildilər. Zəngəzur qəzasının Qafan nahiyəsi qəzanın, təxminən mərkəzində yerləşmişdi. Bu nahiyənin hesabına 1930-cu ildə Ermənistan SSR-nin tərkibində ərazisi 1345 km olan Qafan rayonu və 1933-cü ildə Azərbaycan SSR-nin tərkibində sahəsi 802 km olan Qubadlı rayonu yaradılmışdır. Qafan (Kapan) nahiyəsi Bərguşad çayının boyunca Zəngəzur nahiyəsi, cənubdan Meğri və qərbdən Sisyan nahiyələri ilə həmsərhəddir. Bu nahiyə 6 kiçik dairəyə (okruq) bölünmüşdür: Oxçu dairəsi, Gığı dərəsi dairəsi, Əcanan türk dairəsi, Kəpəz dairəsi, Bəsitçay dairəsi və Çaundur-çay dairəsi. Yəni Əcənan-türk nahiyəsi 1930 cu ilə qədər Qafan nahiyəsinin dairəsi olaraq qalmaqda davam edirdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət