Qarabağda rəqs məktəbləri açılır: Həm də Amerika ermənilərinin pulları hesabına...
Qarabağda xarici ölkələrdə, xüsusilə də ABŞ-da yaşayan ermənilərin maliyyə dəstəyi ilə rəqs məktəbləri açılmaqdadır.
Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələr və mediada böyük kampaniyaya start verilib. Rəqs məktəbləri də daxil incəsənət təmayüllü digər məktəblərə daha çox maliyyənin ayrılmasına nail olmaq üçün Qarabağdakı qodnarma rejimin “Azərbaycan təhlükəsi” altında, “ağır şərtlər” çərçivəsində fəaliyyət göstərdiyi ideyası xüsusi ilə önə çəkilir, bu məktəblərdə milli erməni rəqslərinin öyrədilməsi, “milli ruhun yaşadılması” fikri məxsusi olaraq qabardılır.
Artıq Qarabağdakı rəqs məktəblərinin birinə 48 ədəd “milli erməni kostyumu” almaq üçün vəsait ayrıldığı bildirilir. Qarabağdakı incəsənət məktəbləri ilə bağlı ianə kampaniyasını genişləndirmək üüçn düşmən bu məktəblərin fəaliyyətini əks etdirən müxtəlif foto və video görüntülərdən də geniş istifadə etməkdədir.
Məlumat üçün qeyd edək ki, işğal edilmiş Azərbaycan torpaqlarında ermənilərin xeyli sayda məktəb və müəssisə inşa etdiyi son illərin ən çox narahatlıq doğuran reallıqlarındandır. Hansı ki, bu məlumatlar düşmənin beynəlxalq hüquq prinsiplərini kobud şəkildə pozaraq işğal etdiyi ərazilərin ilhaqı prosesini həyata keçirdiyini göstərir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət