Slimfit
  1. İDMAN

'Qarabağ'da itki: 'Neftçi' ilə matçda iştirak etməyəcək

'Qarabağ'da itki: 'Neftçi' ilə matçda iştirak etməyəcək
Sakura

'Qarabağ'da itki: 'Neftçi' ilə matçda iştirak etməyəcək

"Qarabağ"n futbolçusu Rahil Məmmədov Azərbaycan Premyer Liqasında XVI turun "Neftçi" ilə qarşılaşmasında iştirak edə bilməyəcək. 

Bu barədə "Report"a 25 yaşlı müdafiəçinin özü məlumat verib. Azərbaycan millisinin də formasını geyinən oyunçu Ağdam təmsilçisinin Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışının son günlərində zədələndiyini bildirib. 

XV turda "Səbail"i 1:0 hesabı ilə yendikləri görüşü də buraxan Məmmədov hazırda fitness zalında məşq etdiyini söyləyib. O, yaşıl meydanlara nə vaxt qayıdacağına hələ aydınlıq gəlmədiyini əlavə edib. 

Qeyd edək ki, fevralın 8-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 20:00-da başlayacaq. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR