Slimfit
  1. İDMAN

“Qarabağ”da gözlənilməz yoxlama - Oyuna bir gün qalmış

“Qarabağ”da gözlənilməz yoxlama - Oyuna bir gün qalmış
Sakura

Azərbaycan Milli Anti Dopinq Agentliyinin (AMADA) əməkdaşları Avropa Liqasının növbəti qrup oyununa…

Azərbaycan Milli Anti Dopinq Agentliyinin (AMADA) əməkdaşları Avropa Liqasının növbəti qrup oyununa hazırlaşan “Qarabağ”ın düşərgəsində olub.

Oxu.Az xəbər verir ki, AMADA-nın nümayəndələri komandanın hazırlaşdığı Bakı Olimpiya Stadionuna gələrək futbolçuların təcili dopinq-testdən keçməli olduğunu bildiriblər. 

Bu səbəbdən bu gün Ukraynanın “Vorskla” klubu ilə oyunun protokolunda adı olacaq yeddi futbolçu – Abdellah ZubirAnsi Aqoliİnosent EmeqaraŞahruddin MəhəmmədəliyevAbbas HüseynovAraz Abdullayev və Simeon Slavçevdən test götürülüb.

“Qarabağ” təcili olaraq UEFA ilə əlaqə saxlayıb və bu yoxlamanın səbəbi ilə maraqlanıb. Qitə futbol qurumundan yoxlamadan xəbərsiz olduqlarını bildiriblər. Eyni zamanda, tövsiyə olunub ki, yoxlamalara mane olunmasın, əks halda klub dörd illik cəzalandırıla bilər. 

Məsələ ilə bağlı AMADA ilə əlaqə saxladıq. AMADA-nın rəhbəri Şəfəq Hüseynli Oxu.Az-a açıqlamasında bu məsələnin bu qədər şişirdilməsinin düzgün olmadığını bildirib:

“Bu, tam normal hadisədir. Başa düşmədim ki, bu məsələ niyə belə qabardıldı. Sadəcə olaraq, “Qarabağ”ın mətbuat katibi bu barədə sosial şəbəkədə yazdı və məsələ şişdi. Düzdür, sonradan onu sildi. Amma belə söz-söhbətlər yarandı.

AMADA-nın rəhbəri Şəfəq Hüseynli

Əslində, dopinq kontrolu problemsiz şəraitdə keçmişdi. İdmançılar bunu normal qarşıladılar. AMADA-nın hər bir zaman dopinq test götürməyə ixtiyarı var. Biz bu zaman dopinq test götürülməsi ilə bağlı hər bir qurumdan – WADA-dan tutmuş, UEFA və yerli assosiasiyadan sifariş ala bilərik”.

AMADA-nın direktoru bu məsələ ilə bağlı “kimdən sifariş almışdınız” sualımıza belə cavab verib:

“Kimdən sifariş almağımızı açıqlaya bilmərik. Bu, tam məxfidir. Biz bu məsələni sifariş, araşdırma və ya öz planımıza uyğun edə bilərik – bunlar hamısı konfidensial məsələlərdir və AMADA-nın daxili işi sayılır.

Ad açıqlansa, həmin qurum və ya ölkəni pis vəziyyətdə qoya bilərik. May ayında qəbul olunmuş Avropa Anti-dopinq qaydaları məxfiliyə üstünlük verir. Həmin açıqlamaya görə çox böyük məbləğdə cərimələnə bilərik”.

Şəfəq Hüseynli onu da bildirib ki, bu futbolçulardan götürülmüş ilkin testlər müsbət çıxacağı halda, növbəti prosedurlara başlanılacaqdı. Lakin adıçəkilən oyunçularda test nəticələri neqativ olduğundan sonrakı mərhələyə ehtiyac qalmayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR