"Qarabağda general-qubernatorluq yaradıla bilər" - Millət vəkili
"Biz Azərbaycan Xalq Cümhuriyyətinin ilk müdafiə naziri Xosrov Sultanovun 140 illik yubileyini qeyd etdik. Xosrov Sultanov dövlət elan olunanda altında torpaq və yanında milləti olmayan dövlətin müdafiə naziri məsuliyyətini üzərinə götürən şəxsdir".
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisdə deputat Fazil Mustafa deyib.
Millət vəkili xatırladıb ki, məhz Xosrov Sultanovun sayəsində Qarabağda erməni üsyanları yatırılıb və Qarabağda general qubernatorluq yaradılıb:
“Sonrakı mərhələdə general Tomsonun təşəbbüsü ilə general-qubernatorluq məsələsi Paris sülh konfransında müzakirə edilib. Nəzərə alın ki, biz sabah Qarabağda hərbi əməliyyatlar keçirə, lazım gəlsə general-qubernatorluq yarada bilərik. Bunun legitim hüquqi əsas 1918-ci ildə qoyulub. Hesab edirəm ki, Xosrov Sultanovun yubileyi dövlət səviyyəsində qeyd edilməli, onun abidəsi qoyulmalıdır. Əhməd Ağaoğlunun yubileyi ilə bağlı prezidentin sərəncamı oldu. Mən buna görə prezidentə təşəkkür edirəm”.
Deputat əlavə edib ki, Azərbaycan üçün xidmət göstərənlər, tarixi şəxsiyyətlər tanıdılmalıdır ki, məğlub xalq sindromundan çıxaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət