Slimfit
  1. SİYASƏT

Qarabağda ədaləti bərpa etməsək... - Nuriddinov

Qarabağda ədaləti bərpa etməsək... - Nuriddinov
Sakura

Qarabağda ədaləti bərpa etməsək... - Nuriddinov

Əgər ədaləti bərpa etməsək, gələcəkdə bu cür təcavüzlər, soyqırımlar, işğallar, dinc insanların öldürülməsi davam edəcək və daha da kəskinləşəcək.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov ermənilərin Tovuzda törətdiyi təxribatlarla bağlı yaydığı bəyanatda bildirib.

Bəyanatda qeyd olunur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünün bərpasının təmin edilməsinə dair çağırışlara məhəl qoymur:

“Təəccüblüdür ki, bütün dünyanın COVİD-19-la mübarizədən narahat olduğu bir şəraitdə, sosial-iqtisadi problemlərin yaşandığı bir vaxtda Ermənistan silahlı qüvvələri növbəti dəfə, iyulun 12-də Azərbaycan-Ermənistan sərhədində hərbi qarşıdurma törətdi. Həmişəki kimi bütün günahı Azərbaycan silahlı qüvvələrinin üzərinə atan Ermənistan bu cür təxribatçı hərəkətlərini heç bir şəkildə əsaslandıra bilməz. Mən Özbəkistanın ictimaiyyət, elm və tarixçi xadimi, bir alim kimi Azərbaycan xalqının bu ağrıları ilə çoxdan tanışam və erməni tərəfinin təcavüzkar hərəkətlərini kəskin şəkildə qınayıram. İşğal olunmuş Azərbaycan ərazilərinin geri qaytarılmasının məsələnin yeganə həlli yolu olduğunu düşünürəm.

Fürsətdən istifadə edərək, bu ağır günlərdə Azərbaycan xalqına bu hadisələrə görə başsağlığı verir və səmimi dəstəyimi, duyğularımı çatdırıram”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR