Slimfit
  1. SİYASƏT

Qarabağa səyahət etmək istəyən əcnəbilərə xəbərdarlıq

Qarabağa səyahət etmək istəyən əcnəbilərə xəbərdarlıq
Sakura

Qarabağa səyahət etmək istəyən əcnəbilərə xəbərdarlıq

Azərbaycan dövləti Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səyahət etmək istəyən xarici ölkə vətəndaşlarına xəbərdarlıq edir.

Axar.az-a daxil olan xəbərdarlıqda qeyd olunub ki, Azərbaycan Respublikası ərazisinin 20 faizi Ermənistan Respublikasının hərbi birləşmələri tərəfindən işğal olunub. Bu hərbi təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları işğal altında saxlanılır. Azərbaycanın bu ərazilərdə yaşayan 1 milyona yaxın əhali məcburi köçkünə çevrilib.

BMT Təhlükəsizlik Şurası Ermənistan hərbi birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib, eyni zamanda Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını təsdiq edib.

“Azərbaycan dövləti Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərə səfər etmək istəyən bütün xarici ölkə vətəndaşlarına xatırladır ki, Ermənistanın hərbi birləşmələri tərəfindən davam edən işğal səbəbindən həmin ərazilər müvəqqəti olaraq Azərbaycan Respublikasının nəzarəti xaricindədir.

Azərbaycan Respublikasının razılığı olmadan beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınan yuxarıda qeyd edilmiş ərazilərə hər hansı səfər Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün, milli qanunvericiliyin, həmçinin beynəlxalq norma və prinsiplərin pozulması hesab edilir.

 

Azərbaycan dövləti bütün xarici ölkə vətəndaşlarını Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərinə səfərdən çəkinməyə çağırır.

Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək istəyən xarici vətəndaşlar, o cümlədən jurnalistlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət etməlidirlər.

Azərbaycan dövlətinin icazəsi olmadan işğal olunmuş ərazilərə səyahət edən şəxslər arzuolunmaz şəxslər siyahısına daxil ediləcək və Azərbaycan Respublikası ərazisinə buraxılmayacaqlar”, - deyə xəbərdarlıqda bildirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR