Slimfit
  1. AZƏRBAYCAN

“Qarabağa dönmək istəyirsiz?” - “Öncə erməniləri Bakıya qaytarın!”

“Qarabağa dönmək istəyirsiz?” - “Öncə erməniləri Bakıya qaytarın!”
Sakura

“Qarabağa dönmək istəyirsiz?” - “Öncə erməniləri Bakıya qaytarın!”

Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan separatçı rejimin təmsilçisi, “Prezident Aparatı”nın baş informasiya şöbəsinin müdiri David Babayan sözün həqiqi mənasıdna şok effekti yaradan açıqlama ilə çıxış edib.

 

Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, David Babayan Qarabağdan didərgin salınan azərbaycanlıların geri qayıtması üçün vacib olan şərti açıqlayıb. D.Babayan qeyd edib ki, Qarabağdan qaçqın düşən azərbaycanlıların geri qayıtması üçün, öncə Bakı və Azərbaycanın digər şəhərlərindən köç edən ermənilərin geri qayıtması təmin edilməlidir. Bunsuz azərbaycanlıların Qarrabağa qayıtmasının mümkünsüz olduğunu vurğulayan Babayan, bunun qaçqın probleminin həlli üçün əsas şərt olduğunu söyləyib.

 

Məlumat üçün qeyd edək ki, nə 80-ci illərin sonu, nə də 90-cə illərin əvvəllərində Azərbaycanda yaşayan ermənilərə qarşı heç bir zorakılıq və aqressiya sərgilənməyib. Azərbaycanı tərk edən ermənilərin hamısı bu addımı ABŞ, Avropa, Rusiya və s. kimi ölkələrdə özlərinə sosial rifah baxımından daha təminat həyat qurmaq məqsədi ilə atıb və onların canları kimi mallarının da təhlükəsizliyi təmin edilib.

 

D.Babayanın bu açıqlaması onu göstərir ki, ermənilər azərbaycanlıların Qarabağa – öz doğma torpaqlarına qayıtmasına heç bir halda yol vermək fikrində deyillər. Məhz buna görə də hər dəfə bir-birindən daha absurd və həyasız bəyanatlar səsləndirməklə mövcud stusiyanı daha da mürəkkəbləşdirməyə çalışırlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR