Dərc edildi: Baxış sayı: 309
Qarabağ xanlarının qəbirləri
Qarabağ xanlarının qəbirləri
“İmarət” kompleksindəki türbələrin stela (daş lövhə) ləri bərpa edilməlidir.
Ağdam şəhərindəki “İmarət” kompleksi ərazisində aparılan qazıntılar zaman 213 qəbir müəyyən edilib
Onlardan 18-i türbələrin daxilindədir:
1) türbə № 1: 4 (2 sərdabə tipli, 2 torpaq qəbir);
2) türbə № 2: 7 sərdabə tipli;
3) türbə № 3: 1 sərdabə tipli qəbir;
4) türbə № 4: 3 (2 sərdabə tipli, 1 torpaq qəbir);
5) türbə № 5: 3 (2 sərdabə tipli, 1 torpaq qəbir).
X.Natəvanın obeliskinin arxa hissəsində (kvadrat A6) 4, kvadrat A4-də 2 və kvadrat A2-də 4 sərdabə tipli qəbir aşkar edilib.
290-cı fond, 2-ci siyahı, 3040 saylı işdə saxlanılan sənəddə 1910-cu il 8 may tarixinə olan sənədə görə imarətdə 2 türbə (cəmi 2 türbə, hal hazırda 5 türbədir) var idi. Birinci türbədə Mehdiqulu xan Usmiyevin epitafiyası ilə birlikdə başqa 6 nəfər xan ailəsi üzvlərinin də epitafiyaları var idi. Bu o demək idi ki, Xaoğlan türbəsində 7 nəfər Xan ailəsinin üzvü basdırılıb.
Arxiv matetialına istinad edərək onların adlarını belə sıralaya bilərik:
Xaoğlan türbəsində 7 nəfər Xan ailəsinin üzvü basdırılıb.
Arxiv matetialına istinad edərək onların adlarını belə sıralaya bilərik:
1) İbrahim Xəlil ağa Cavanşir Sarıcalı
2) Mehdiqulu xan İbrahim Xəlil xan oğlu (1828-ci ildə ölmüş oğul övladı (adı məlum deyil),)
3) İbrahim Xəlil xanın oğlu Mehdiqulu xanın övladı
4) Abbas bəy Cavanşir
5) General Mehdiqulu xan Cavanşirin qızı Xurşud Banu Bəyim
6) Polkovnik Kərim ağa
7) Mehdiqulu xan Vəfa (Usmiyev) (xanoğlan) 1900
İbrahim Xəlil ağa Cavanşir Sarıcalının epitafiyasını 1154-cü il hicri tarixin 1741/1742-ci illər Epitafiyada adı çəkilən şəxs Pənahəli xanın atası İbrahim Xəlil ağa Cavanşir Sarıcalı idi.
İmarət adlı yerdə birinci türbədə 1910-cu ildə olan bir stela (daş lövhə) Natəvana ait
Stelada ( tanınmış alim Məşədixanımın tərcüməsi) yazılmışdı:
“O (Allah) canlıdır. Ölməzdir. Bu qəbir rəhmətlik, günahları bağışlanmış alim (ağıllı) Xurşid Banunundur.
Minlərlə qorxum mənim dünyanın cəfasındandır ki, ağır (çətin) kinli pis əhd, zəif, etibarsız tale kimsəyə vəfa etmədi.
/Kimə baxırsansa taledən ahu-zarda görürsən.
/ Xosrovlardan, cahandarlardan, kübar övliyalardan
/ şövkət şanlılardan harada bir nişanə qalmışdır.
/ Hər kiməsə beləcə naz-nemət qismət etdi.
/ Ondandır ki, fələkin zülmü viran və paymal etdi.
/ Əgər kimsə dünyanın tinətindən (təbiətindən) şad olubsa
/ onun bəla və mehnəti yüz minlərlə olub.
/ Dünya himayə edən deyil ki, ona ürək bağlayasan.
/ Bu iki darvazalı karvansarada kim qərar tuta bilər.
/ Zal (qocaman) Xəlilin şərəf qutusunun yeganə gövhəri
/ qoparıldı, indi torpaqla yeksandır. Xan qızı hörmətli Xurşid xanım
/ dövranın uca ulduzu, yadigarı idi.
/ Candan doydu, ürəyi dağlı dünyadan getdi.
/ indi onun bəlası ətəyə dolmuş qəmdir bizə.
/ Biri vəfat ilini axtarıb dedi: fəna
/ onun yeri ilahələr cənnətidir. Rəbi ül-sani 1314
/. Bütün yaranmışlar ölümü dadmalıdır.”
Rabi üs-sani 1314 = 09.09.-08.10.1896 il edir.
1910-cu il 8 may tarixinə İmarət qəbiristanlığında olan birinci türbədə Mehdiqulu xan Usmiyevin epitafiyasının mətni də vardır. Belə ki, tapşırığa əsasən türbələrdə olan bütün yazılar köçürülərək Tiflisə göndərilirdi.
Mətn aşağıdakı kimidir.
“Əfsus ki, zülmkar dünyanın dövr eləməsindən, ürəklər gül kimi tikanla doludur. İbrahim xəlil xanın bağı xəzan oldu. Gülüstanın sərvi onun zəhərindən qurudu. Mehdi Qulu xan təmiz münasibətli şəhriyar idi. 29 cəmadi ul-avval 1313-cü il. ” (29 cəmadi ul-avval 1313 = 8 sentyabr 1900-ci il.)
İmarətə daxil olarkən sağda olan türbələrdən ikincisi həm övliyya qəbri - Seyid Həmid oğlu Seyid Səfiqulunun türbəsi, həm də Qarabağın birinci xanı Pənahəli xanın türbəsi
ikinci türbə 1910-cu ildəki arxiv məlumatına görə üzəri örtülü deyildi.
Burada xəttatlıq üslubu qorunmadan yazılmışdır:
“Allahın adıyla Seyid Həmid övladı Vəliyullah Səfiqulu...
Peyğəmbər, imam Museyi Kazım Şeyx Dərviş Qurreyşi övladı Seyid Həmidin oğlu. 1124”. Hicri tarixi 1124 –cü ili miladı tarixinə çevridikdə 1712-ci il əldə edilir.
Aleksandroviç, Əzimbəyov və Sısoyevin birlikdə 1927-ci ildə nəşr etdirdikləri Yevlax - Şuşa adlı məqaləde ikinci türbədə Pənahəli xanın qəbir daşına rast gəlirlər. Qəbirüstü yazını həm ərəb əlifbası ilə, həm də rus dilində tərcüməsi ilə öz məqalələrində verirlər.
“Günəş işığının möhtəşəmliyi kimi, nəcibliyi ilə dağların qucağında Şüşə (Şuşa) və daşı bir yerdə quran Pənah Xan Cavanşir, fani badəni ali yaradanın iradəsi ilə içdi.
Sultanın əmrinə tabe olmaq tabeliyində olanları aşağılamaq deyil. Ölüm tarixi bağışlananların kitabına yazılıb: “Dostlarının və yaxın adamlarının çevrəsi, xalqının ümidinin varisi oldu.””
“Dostlarının və yaxın adamlarının çevrəsi, xalqının ümidinin varisi oldu.” – əbcəd hesabı ilə hicri 1172-ci il alınır. Bu tarixi də miladi tarixə çevirəndə 1758-ci il edir.
Türbədə xanın qəbri üzərində olan başdaşı 1974-cü ildə Bakıya gətirilib, muzeyə verilib
Üçüncü türbə isə görünür sovet dönəminin ilk dövrlərində xaraba qalaraq dağılmışdı
Qalan türbələr isə sonradan bu türbələrin ətrafında dairəvi və dördkünc formada inşa edilmişdi. Bu gün dördkünc olanlardan yalnız biri salamat qalır, digəri isə yarımçıq formada imarətin qərb divarına ən yaxın olanıdır
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət