Dərc edildi: Baxış sayı: 913
"Qarabağ" vahid lider oldu
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.
Ens.az Report.az-a istinadən xəbər verir ki, turun sonuncu oyununda "Qarabağ" "Keşlə"nin qonağı olub.
"ASK Arena"dakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
"Keşlə"nin heyətində yeganə qolu 7-ci dəqiqədə Rəhman Hacıyev vurub. 90+2-ci dəqiqədə isə Patrik Andrade penaltidən hesabı bərabərləşdirib.
Xallarının sayını 18-ə çatdıran meydan sahibləri 8-ci pillədə qalıb. "Qarabağ" isə 43 xalını qazanaraq "Neftçi"ni keçib və vahid lider olub.
Qeyd edək ki, günün digər matçlarında "Sumqayıt" səfərdə "Neftçi"ni 2:0, "Sabah" isə evdə "Qəbələ"ni 1:0 hesabı ilə üstələyib. Dünən baş tutmuş "Səbail" - "Zirə" oyununda hesab açılmayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət