Slimfit
  1. İDMAN

"Qarabağ" UEFA Millətlər Liqasından sonra ağır qrafiklə üzləşəcək

"Qarabağ" UEFA Millətlər Liqasından sonra ağır qrafiklə üzləşəcək
Sakura

"Qarabağ" UEFA Millətlər Liqasından sonra ağır qrafiklə üzləşəcək

 "Qarabağ" klubunu UEFA Millətlər Liqası ilə əlaqədar yaranan fasilədən sonra ağır qrafik gözləyir.

"Report" xəbər verir ki, Ağdam təmsilçisi 20 gün ərzində 6 oyun keçirəcək. Bunlardam 2-si Avropa Liqasının, 4-ü isə Azərbaycan Premyer Liqasının matçlarıdır.

Ölkə çempionu sentyabrın 15-də Premyer Liqanın IV turu çəvivəsində "Sumqayıt"ın qonağı olacaq. "Köhlən atlar" Avropa Liqasının qrup mərhləsində ilk matçını isə senytabrın 20-si səfərdə Portuqaliya "Sportinq"inə qarşı keçirəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu qarşılaşmadan 3 gün sonra çempionatın V turunda evdə "Qəbələ"ni sınağa çəkəcək.

Ağdam təmsilçisinin avrokuboklardakı çıxışına görə, çempionatın I turundan təxirə salınan görüşü də çətin oyunlar ərəfəsində baş tutacaq. Komanda sentyabrın 26-da doğma azarkeşlər önündə "Zirə" ilə üz-üzə gələcək.

"Qarabağ"ın çempionatın VI turundakl oyunu da 3 gün sonra olacaq. Sentyabrın 29-u rəqib Premyer Liqanın debütantı "Sabah" komandasıdır. Bununla da Ağdam klubu 7 gün ərzində 3 Premyer Liqa qarşılaşmasına çıxacaq.

Komanda Avropa Liqasının qrup mərhələsində ilk ev oyununu oktyabrın 4-də İngiltərənin "Arsenal"ı kollektivinə qarşı keçirəcək.

Qeyd edək ki, “Qarabağ” Premyer Liqada 4 xalla 5-ci pillədə qərarlaşıb. Lakin 3-cü sıradakı “Qəbələ” və 4-cü yerdəki “Sumqayıt” da eyni xala malikdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR