Slimfit
  1. GÜNDƏM

Qarabağ üçün “15 gün” formulu? – Ekspert darmadağın etdi

Qarabağ üçün “15 gün” formulu? – Ekspert darmadağın etdi
Sakura

Qarabağ üçün “15 gün” formulu? – Ekspert darmadağın etdi

Ciddi nüfuzu olmayan “middleeasteye” saytı iddia edib ki, Rusiya və Türkiyə Qarabağ münaqişəsi ilə bağlı razılığa gəlib. Razılığa əsasən Ermənistan əvvəl 5, sonra 15 gün ərzində digər 2 rayondan çıxmalıdır. Laçından Xankəndiyə dəhliz qalmalı, əvəzinə Naxçıvana da dəhliz açılmalıdır. Son olaraq isə Rusiya və Türkiyə əsgərləri bölgəyə gətirilərək asayişi və sabitliyi qorumalıdır.

Axar.az xəbər verir ki, bu fikirləri ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, bu iddianın heç bir məntiqi yoxdur:

“Hansı 5 rayon? Onlardan 4-ü artıq bizdədir. Ağdam isə ordumuzun nəzarəti altındadır. İstənilən an işğaldan azad edilə bilər. Şuşa azad edildi, Xocavənd və ərtafında ordumuz strateji yüksəkliklərə nəzarət edir, Laçın yolu nəzarətdədir. Kəlbəcər yolu isə humanitar məqsədlə açıq saxlanılıb. Bu reallıqlar fonunda nə 5, nə də 15 gün sonra 2 rayon qaytarılmasından söhbət gedə bilər. Türkiyə əsgərinin Qarabağa gəlməsinə nə Rusiya, nə də Ermənistan razı olar. Fikrimcə, indi əsas məsələ Ermənistan-Azərbaycan sərhədinin dəqiqləşdirilməsi, sərhəddə Ermənistanın provokasiyalarının qarşısının alınmasıdır. Rusiya yetərincə Ermənistanı “cəzalandırdı”, amma proses başa çatmayıb. İndi Ermənistanın mövcudiyyəti məsələsi yaranır. Bunun qarantı rolunu Rusiya oynaya bilər və rəsmi dövlət sərhədinə öz qoşununu Ermənistan tərəfdən yerləşdirə bilər - necə ki, bunu edir. Paralel olaraq da Azərbaycan Türkiyə ilə sərhədlərin birgə qorunması müqaviləsi bağlayır və Azərbaycan tərəfindən Ermənistan sərhədində bizim Müzəffər Ordumuzla yanaşı, Türkiyə əsgərləri də sərhəddə yerləşirlər. Amma həm Rusiya, həm də Türkiyə əsgəri məhz sərhədin pozulmaması işini, buna nəzarəti öz üzərinə götürürlər. Azərbaycanın Qarabağ ərazisində heç bir ölkənin sülhməramlısı ola bilməz, ancaq dövlət sərhədində bu, mümkündür.

O ki qaldı sülhə, bunu Prezident də deyib, siyasi partiyaların əksəriyyəti də. Bəli, biz sülh istəyirik, sülhün zəmanəti Ermənistan əsgərinin torpağımızdan çıxmasıdır. Sonra Qarabağda erməni əsilli azərbaycanlılar (bu, etnik yox, vətəndaşlıq tanımıdır) Bakıda ölkənin digər yerlərində olduğu kimi dinc yaşayacaqlar. Özlərinə bələdiyyə sədri, yerli özünüidarəetmə orqanı seçəcəklər. Yəni özəl status məsələsi artıq bitdi, ancaq Avropa Şurası yerli özünüidarəetmə xartiyasına uyğun idarəetmədə iştirak edəcəklər. Bakı da, Şəki də, Gəncə də, Xankəndi də, Şuşa da özünə mer seçəcək. Qələbədən sonra ciddi sistem və idarəetmə dəyişiklikləri də olacaq. Prezidentin də islahatların dərinləşəcəyi ilə bağlı dedikləri, məncə, bu istiqamətdə idi.

Allah Əsgərimizi, Ordumuzu, Xalqımızı etnik mənsubiyyətindən asılı olmayaraq, bütün azərbaycanlıları qorusun”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR