Slimfit
  1. DÜNYA

Qarabağ separatçılarının lideri Paşinyanı açıq təkzib etdi

Qarabağ separatçılarının lideri Paşinyanı açıq təkzib etdi
Sakura

Qarabağ separatçılarının lideri Paşinyanı açıq təkzib etdi

Qarabağ separatçılarının lideri Bako Saakyan  Ermənistanın baş naziri Nikol Paşinyanı yalançılıqda günahlandırıb.

Daha əvvəl Nikol Paşinyan bildirmişdi ki, o, müvafiq sənədlər paketini onlara təqdim etməyincə, Qarabağ rəsmiləri danışıqlar prosesindən xəbərdar olmayıblar.

"Bir müddət əvvəl Ermənistanın baş naziri bizə danışıqlar prosesi ilə bağlı bəzi sənədlər təqdim edib. Biz də öz növbəmizdə baş nazirə danışıqlar prosesinə aid olan sənədləri təqdim etdik ", - deyə Saakyan bildirib.

Virtualaz.org-un məlumatına görə, B.Saakyan qeyd edib ki, Ermənistanın hakimiyyət orqanları Qarabağ separatçılarının rəhbərliyini əvvəllər də-həm Azərbaycanla danışıqlardan əvvəl, həm də sonra müzakirələr prosesindəki bütün məsələlər və yeniliklər barədə məlumatlandırıblar.

Bako Saakyan Paşinyanın Qarabağdakı "sui-qəsdçi güclər" haqda dediklərinə də reaksiya verib. O bildirib ki,  "Qarabağ və Ermənistanın birliyini" pozmağa yönəlmiş hər hansı addımı-istər Qarabağ, istər Ermənistan, istərsə də diaspor tərəfindən olsun,-qəbuledilməz hesab edir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR