Slimfit
  1. CƏMİYYƏT

Qarabağ: Savaş hərbin, danışıqlar diplomatiyanın, bəs, media nə etməlidir...

Qarabağ: Savaş hərbin, danışıqlar diplomatiyanın, bəs, media nə etməlidir...
Sakura

Qarabağ: Savaş hərbin, danışıqlar diplomatiyanın, bəs, media nə etməlidir...

Hələ də Qarabağ məsələsində dövlət, cəmiyyət və mətbuatın görəcəyi işlər qarışdırılır. Bəzən cəmiyyətin görəcəyi işlər dövlətdən, dövlətin, mətbuatın görəcəyi işlər cəmiyyətdən gözlənilir.

Bu istiqamətdə danışıqlar diplomatiyanın, savaş hərbin üzərinə düşürsə, ictimai fikri formalaşdırmaq, insanların diqqətini daimi bu məsələyə yönəltmək birbaşa medianın işidir.

İstənilən halda bu məsələdə medianın üzərinə böyük yük və vəzifə düşür. Bəs, mətbuat necə, bu gözləntiləri doğrulda bilirmi və bu istiqamətdə hansı işləri görməlidir?

Sualımıza Qarabağ mövzusunda yazan jurnalistlər cavab verir.

Yazıların çoxu biri-birindən köçürülmədir...

"Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım" İctimai Birliyinin sədri Asəf Quliyev Qarabağ probleminin mətbuatda işıqlandırılması ilə bağlı aparılan monitorinq nəticələrinin heç də ürəkaçan olmadığını deyir:

“Mətbuatdakı yazıların, informasiyaların çoxu biri-birindən köçürülmədir. Belə deyək də, jurnalistin özünün sərbəst şəkildə hazırladığı informasiya çox azdır. Başqa problem də ondan ibarətdir ki, jurnalistlər Qarabağla bağlı yazılarında birmənbəli yazılara üstünlük verirlər. Yəni hansısa veterandan nəsə soruşulur və onun dedikləri başqa mənbədən dəqiqləşdirilmədən olduğu kimi yayımlanır. Bu da bəzən qeyri-dəqiq informasiyanın yayılmasına gətirib çıxarır. Bütün bunlarımn aradan qaldırılması üçün jurnalist peşəkarlığı, faktları dəqiqləşdirmək lazımdır. Qarabağ elə bir mövzudur ki, bu barədə danışmaq istəyən hər kəs ya özünü əzabkeş, ya da qəhrəman kimi göstərmək istəyir. Qarşı tərəf Azərbaycan mediasını mütəmadi olaraq izləyir. Yalnışlığa yol verəndə onların təkzibi ilə bağlı siqnallar alırıq. Bu da ümumi nəticədə bzim ziyanımızadır. İnformasiyaları dəqiqləşdirmək, hadisələrin kökünə getmək Qarabağ məsələsində əsas istiqamətlərdən biri olmalıdır”.

 

Mövqeyimizin eşidilməsində mediamızın faydalı payı dolğun və pafosdan uzaq təhlillər ola bilər...

 “Modern.az” saytının redaktoru Vüqar İsmayılov Qarabağ probleminin medianın kifayət qədər diqqətində olduğunu deyir:

“Qarabağ münaqişəsi Azərbaycan mediasının diqqətində olan ana mövuzlardan biridir. Mətbuatın mövzuya kifayət qədər diqqət ayırdığı qənaətindəyəm. Təbii ki, münaqişəni anatomiyasını, hazırkı situasiyanı və gələcək perspektivləri təhlil etməyə çalışan jurnalistlər, media quruşuları olsa da, Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq politoloji mərkəzlər daha dolğun və qərəzsiz hesabatlar hazırlayır. Mətbuatın məhz beynəlxalq arenaya çıxara biləcək, dolğun və pafosdan uzaq təhlil və faktoloji yazılar təqdim etməsi Qarabağ münaqişəsilə bağlı mövqeyimizin eşidilməsində mediamızın faydalı payı ola bilər”.

Qarabağ mövzusunda xalqı  diri tutmaq medianın borcudur...

 

“Yeniçağ.az” saytının əməkdaşı Səxavət Məmməd Azərbaycan mediasında Qarabağ məsələsinin işıqlandırmasının sanki "xala xətrin qalmasın" üçün edildiyini bildirir:

“Qarabağ məsələsinə bir rayonların işğal tarixində, o da həmin gün, bir də Azərbaycan və Ermənistan rəsmilərinin görüşündən sonra yer ayrılır. Hətta vəziyyət o həddə çatıb ki, mətbuatda Qarabağdan yazan jurnalistlər kimlərdir, hər kəs bunu bilir. Sanki Qarabağdan yazmaq ancaq eyni jurnalistlərə, eyni şəxslərin boynuna biçilib. Düzdür, məncə Qarabağdan yazmaq hər birimizin boynunun borcudur, ancaq təəssüf ki, bu, belə deyil. Bəzən deyirlər ki, Qarabağdan yazmaqla heç nə dəyişməyəcək. Bəli, realist olaq, yazmaqla problem həll edilməyəcək. Ancaq yazmaq lazımdır, hətta durmadan yazılmalıdır. Təkrarçılıq olsa da, jurnalistlər Qarabağla bağlı məqalələr yazmalıdır. Beynəlxalq vəziyyət, regionun durumu, iki ölkə arasındakı danışıqların hansı səviyyədə olması bizə maraqlı olmalıdır. Ancaq bu məsələnin həllini təkcə onlar yox, xalq həll edəcək. Bunun üçün də xalqı diri tutmaq lazımdır. Xalqı diri tutan isə mediadır, TV-lərdir. Xalqa nə verilsə, onu da yeyəcək. Xalqa daim bayağı verişlər, şou xəbərlər təqdim etsən, bir gün o xalq manqurtlaşacaq. Necə ki, manqurtlaşdırırlar. Məsələ ondadır ki, Qarabağla bağlı bəzi yazılar və verlişlər keçişə yönəlikdir. Orada da ancaq ittihamlar səsləndirilir, biri deyir, o satdı, biri deyir, filankəs günahkardır. Fikrimcə mətbuatda irəliyə yönəlik mövzular işlənməlidir. Artıq 20 ildən çoxdur ki, eyni döngünün içərisində dönürük. Düzdür, tariximizi bilmək üçün bunlar da vacibdir, günahkarlar ifşa edilməlidir, ancaq insanları iyrəndirmədən, bezdirmədən. Əsas diqqət xalqı diri tutmağa ayrılmalıdır”.

 

Bütün hallarda medianın Qarabağı diqqətdə saxlaması mütləqdir...

 

“Azvision.az” saytının əməkdaşı Anar Kəlbiyev Qarabağ probleminin işıqlandırılmasında online medianın üzərinə böyük iş düşdüyünü deyir:

“Qarabağ problemi mətbuatda işıqlandırılır. Amma daha çox informasiya xarakterli məlumatlara yer verilir. Düşünürəm ki, media bu mövzuya daha böyük yer ayırmalıdır. Bu məsələdə online medianın üzərinə daha çox iş düşür. İşğal faktı, erməni təcavüzünün insanlara və ölkəmizə vurduğu ziyan, qaçqın və məcburi köçkünlərlə bağlı problemlər və s. məsələlər işıqlandırılmalıdır. Bütün hallarda medianın bu cür məsələni diqqətdə saxlaması mütləqdir”.

 

Media qurumlarının çoxu lazımınca işıqlandıra bilmir...

 

“Moderator.az” saytının əməkdaşı İlham İsmayıl Qarabağ məsələsinin Azərbaycan mətbuatında ən defisit materiallardan biri olduğu qənaətindədir:

“İstər rusdilli, istərsə də ingilisdilli mətbuatda Qarabağ problemi mütəmadi olaraq işıqlandırılmalıdır. Bu məsələni dövlət, eləcə də müstəqil fəaliyyət göstrərən media qurumlarının çoxu lazımınca işıqlandıra bilmir. Yalnız hər hansı hadisə baş verəndə biz bu mövzuda yazıların yayımlandığını görürük. Qarabağ problemi həm də informasiya müharibəsidir, biz gecə-gündüz informasiya müharibəsi aparmalıyıq ki, “Qarabağ bizimdir, bizim də olacaq”. Ən azından öz vətəndaşlarımızda ruh yüksəkliyi yaratmaq bizim borcumuzdir. Keçən ilin əvvəlləri bəzi media rəhbərləri yazmışdı ki, “Nə deyək, ola bilsin ki, gələcəkdə Şuşaya turist kimi gedib çıxa bilək”. İnsanları da ruhdan salan bu məsələ, bu fikirlər nəyə və kimə lazımdır? Çox istərdim ki, hər bir media orqanı hər gün Qarabağla bağlı bir yazı işıqlandırsın. Bu qədər çox saytın olduğunu nəzərə alsaq düşmən də ruhdan düşər, anlayar ki, biz ruhdan düşməmişik və əzəli torpaqlarımızı onlara təslim etməyəcəyik”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR