Dərc edildi: Baxış sayı: 1390
Qarabağ qazisinin intihar səbəbi məlum oldu
Biləsuvarda intihar edən Əlisahib Məmmədov Vətən müharibəsi qazisi olub. Onun canına qəsd etməsinin təfərrüatı məlum olub.
"Ens.az" “Modern.az”a istinadla xəbər verir ki, qazi ailə münaqişəsi zəminində intihar edib.
Belə ki, son günlər Ə.Məmmədovun ailə qurduğu xanımla aralarında problem yaşanıb. Bundan xəbər tutan qayınatası qızını və nəvəsini ondan ayıraraq, öz evinə aparıb.
Biləsuvarda məskunlaşan Ə.Məmmədov ailəsinin Beyləqana aparılmasına etiraz etsə də, qayınatası buna məhəl qoymayıb. Tərəflər arasında narazılıq yaranıb.
Məlum hadisədən bir gün sonra qazi Ə.Məmmədov özünü asaraq intihar edib. Onun rəsmi nikahının olmadığı bildirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət